Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Sağlamlıq üçün-DARÇIN
Tarix: 18-04-2017 | Saat: 13:06
Bölmə:Karusel / Səhiyyə | çapa göndər

Sağlamlıq üçün-DARÇIN

Darçın dünya səviyyəsində bilinən ən köhnə ədviyyatlardan biridir. Ədviyyatın əldə edildiyi ağacın ana vətəni Sri Lankadır. Ağacın qabığından əldə edilən bu ədviyyat sağlamlıq baxımından çox əhəmiyyətlidir. Çay olaraq içilə biləcəyi kimi müxtəlif yeməklərdə də istifadə oluna bilər.

Darçının faydaları

Xolestrolu salır.
Qanda şəkəri salır. 2 Tip Diyabeti müalicə edir. Tibbi araşdırmalar gündə yalnız yarım çay qaşığı darçının qanda şəkəri nizamladığını göstərmişdir. Darçın insulinə daha təsirlidir, infarkt riskinin azalmasına köməkçi olur.
Ürək Xəstəliklərinə Faydalıdır. Darçın ürək damar sistemini gücləndirir. Onda olan kalsium və lif ürək xəstəliklərinə qarşı bir qoruma təmin edir. Bir az darçın tac damar xəstəliyində və yüksək təzyiqdə köməkçi olar.
Qan Xərçəngi xəstəliyi ilə döyüşür. Araşdırmalar darçının qan xərçəngi və linfa xərçəngində xərçəngli hüceyrələrin bölünməsini azaltdığını göstərmişdir. Darçındaki kalsium və lif kombinasiyası öd ifrazatını artıraraq kolon xərçənginin qarşısını alar.
Diş ağrısı və ağız qoxusunu aradan qaldırır. Darçın ənənəvi olaraq diş ağrısı müalicəsində və ağız qoxusunu aradan qaldıran vasitə olaraq istifadə olunur. Bir neçə çimdik darçını ağızda çeynəyib ya da dəmləyib qarqara olaraq istifadə edilə bilər.
Tənəffüs problemlərini müalicə edir. Darçın qrip üçün çox faydalı bir ev dərmanıdır. Bir çay qaşığı bal və ¼ çay qaşığı darçınla qarışdırıb 3 gün boyunca davamlı olaraq qəbul edilir. Bu resept öskürəyə, soyuq dəymə zamanı yaxşı kömək edir
Beyin Tonusu zamanı. Darçın beyin fəaliyyətini artırdığından beyin üçün yaxşı bir toniktir. Sinir təzyiqini müalicə edər, yaddaş itkisinin qabağını alar. Araşdırmalar darçını iyləməyin yaddaşa, zehni performansa yaxşı təsir etdiyini, oyanıqlığı və konsentrasiyasını artırdığını göstərmişdir.
İnfeksiya zamanı kömək edir. Antibakteriyal, antiviral antiparazitik və antiseptik xüsusiyyətləri səbəbiylə daxili və xarici infeksiyalarda təsirlidir.
Adət dövrünü (mensturasiya) asanlaşdırır. Darçın qadın sağlamlığına da faydalıdır. Adət problemlərində kömək edər rahatlamanı təmin edər. Darçın eyni zamanda təbii doğum idarə vasitəsidir nizamlı olaraq istifadə edildikdə adəti gecikdirər və hamiləliyin qabağını alar.
Ana südünü artırır. Darçın ana südündə artımı təmin edir.
Oynaq iltihabından qaynaqlanan ağrılarda rahatlama təmin edər.
İdrar yolları infeksiyası zamanı kömək edir. Nizamlı bir şəkildə darçın istehlak edən insanlarda sidik yolları infeksiyaları daha az görülməkdədir. Darçın sidik qovucudur, sidiyi artırar və qovar.
Təbii qida qoruyucudur. Yeməklərə əlavə olunduğu zaman bakteriya meydana gəlməsinə mane olar.
Baş ağrısı və Migrendə faydalıdır. Əgər baş ağrınızın səbəbi soyuqdəymədirsə bir az darçını suya əlavə edib məcun halına gətirib incə bir təbəqə halında gicgahlara və alına sürtün.
15- Sızanaq və qara nöqtələrdə təsirlidir. Darçın qanı təmizləyir buna görə sızanaqlarda faydalıdır. Bir neçə damla limon suyuna bir iki çimdik darçın qarışdırılaraq əldə edilən məcunu sızanaq və qara nöqtələrin üzərinə tətbiq olunsa faydalı olar.
Çok zəngin manqan, lif, dəmir və kalsium qaynağıdır.
Darçın qanaxma zamanı dayandırıcı təsirə malikdir, yaraların daha tez yaxşılaşmasını təmin edir.
Əzələləri boşaldır.
Əzələ və Oynaq ağrılarını rahatlaşdırır.
İmmum Sistemini gücləndirir. Bal və darçın qarışığı immunitet sistemini gücləndirir, halsızlığı yox edir. Yaşlanmağı gecikdirər.
Qaşınma zamanı təsirlidir. Bal darçın məcunu böcək dişləmələrinə və qaşınmağa qarşı da istifadə edilir.


Xəbəri paylaş

7418 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___