İzdivac verilişində evliliyi oyuncağa çevirən azərbaycanlı gənclərin növbəti fırıldağı - FOTO/VİDEO
Tarix: 18-04-2017 | Saat: 12:23
Bölmə:Karusel / Şou-Biznes / Xəbəraz TV | çapa göndər
"Star Tv"yayımlanan Zuhal Topalın evlilik verilişində iştirak edən azərbaycanlı gənclər: Naz Mila və Əli Əkbərin gəlinlik və bəylik kostyumunda çəkilmiş fotoları gündəm yaradıb.
Zuhal Topal Nazla Əlinin toy fotolarını görəndə çox təəccübləndiyini və onların nə zaman çəkildiyini soruşub. Naz toy fotosessiyasını sevgili olduqları vaxtda çəkildiyini etiraf edib. O, bu fotoların təkcə onda və Əlidə olduğunu, verilişin çəkiliş heyətinə də özü verdiyini bildirib.
Əli isə Nazın bu hərəkətinə çox əsəbiləşib: "Bizim birlikdə olduğumuz dövrdə Naz dəfələrlə özünü gəlinlikdə, məni də bəylik kostyumunda görmək istədiyini söyləmişdi. Bu fotoların sadəcə bizdə qalacağına söz verib. Onun qəlbini qırmamaq üçün belə bir toy fotosessiyası çəkdirdik. Nazın bu hərəkətini başa düşmürəm. İnsanların şəkillərimizin yeni çəkildiyini düşünməsini istəmirəm. Fotolar məndə yoxdur. Nazla münasibətimizi bitirdikdən sonra bu fotoları da sildim" dedi.".
Naz isə "Sadəcə bir vaxtlar bir-birimizin gözündə nə qədər dəyərli olduğumuzu hamının görməsini istədim. Aramızda baş verənlərlə bağlı bircə gizli bu fotolar qalmışdı. İstədim ki, onları da görsünlər" , - deyə cavab verib.
Məlumat üçün bildirək ki, Naz Mila verilişdə Baha adlı türk vətəndaşı ilə 2 gün nişanlı qalıb. Bundan başqa, bir dəfə evli olan Nazın bir qızı var.
İddialara görə, Türkiyədəki evlilik verilişlərində baş verənlərin hamısı qurma oyundur. Bəy və gəlin namizədləri isə verilişin daha çox reytinq toplaması üçün süni qalmaqallar yaradır və bunun müqabilində pul alır.
Xəbəri paylaş
1 1248 dəfə oxunub.
Digər xəbərlər

23-08-2021, 11:10
“Delta” ştammının yaşa görə əlamətləri açıqlandı
13-02-2018, 12:57
Aparıcıdan xəstə atası haqda: "Bu gün məni çarmıxa çəkdiyiniz insan “cükküldəşdiyi” aktrisa yoldaşından.."
13-06-2022, 10:44
"Putinin 3 ay ömrü qalıb" - İDDİA
18-04-2016, 14:24
"Neftçi" klubu AFFA İntizam Komitəsinə müraciət edəcək
8-03-2018, 10:46
Röyadan general oğlu ilə sevgili olması xəbərinə - MÜNASİBƏT
9-12-2019, 02:20
"Hələ bir neçə dəfə ərə gedəcəyəm" - Lolita
10-08-2021, 21:07
Nəsimi icra başçısı camaatı evindən zorla çıxarır – Video
21-07-2021, 22:33
Ölkədə koronaya yoluxanların sayı açıqlandı
5-10-2015, 15:18
Qoqolun başsız meyiti