Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda intihar dalğasi: 4 kişi özünü öldürdü – YENİLƏNİB
Tarix: 18-04-2017 | Saat: 12:13
Bölmə:Karusel / Hadisə | çapa göndər

Bakıda intihar dalğasi: 4 kişi özünü öldürdü – YENİLƏNİB

Dünən Bakıda 4 nəfər özünü öldürüb.

Sabunçu rayon sakini, 1968-ci il təvəllüdlü Babayev Kamal Aslan oğlu yaşadığı evdə özünü asaraq intihar edib. Onun əsəb xəstəliyindən əziyyət çəkdiyi və spirtli içki aludəçisi olduğu bildirilir.

Bundan başqa, Maştağa qəsəbəsində yaşayan Derenov Vyaçeslav Vladimiroviç tanışına məxsus həyət evində özünü asaraq intihar edib. Məlum olub ki, rus əsilli Azərbaycan vətəndaşı olan V.Derenov keçən il həyat yoldaşından boşanıb və maddi çətinliklərlə mübarizə aparırmış. O, məhkəmənin təyin etdiyi alimenti ödəyə bilmədiyi üçün özünü asıb.

Daha bir intihar hadisəsi Xəzər rayonunun Şüvəlan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 42 yaşlı Zaur Hacıyev evdə özünü asaraq həyatına son qoyub.

08:49

Bakıda intihar hadisəsi qeydə alınıb.

"Xəbəraz.az "ın APA-ya istinadla məlumatına görə, hadisə Zığ yolu, ev 40, mənzil 83-də qeydə alınıb.

Həmin ünvanda yaşayan 3 uşaq atası, 1977-ci il təvəllüdlü Emil Qismət Oğlu Hacıyev özünü 6-cı mərtəbədən ataraq intihar edib.

Onun özünə qəsd etməsinin səbəbi hələlik məlum deyil. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.


Xəbəri paylaş

1 1888 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___