Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Mini geyinən qızın sevgi dramı
Tarix: 18-03-2015 | Saat: 21:29
Bölmə:Karusel / Gündəm / Hadisə / M2 / Fotogalereya | çapa göndər

Mini geyinən qızın sevgi dramı
Qız sevdiyi oğlanla İlaxır çərşənbəni qeyd etmək istəyib.

Ötən gün Bakıda gənc qız özünü öldürmək istəyib.

Oxu.Az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, hadisə Nizami rayonunda baş verib.

Rayon ərazisində yaşayan 23 yaşlı Q.Z. bayram axşamı kefsiz olub. Ailə üzvlərinə heç nə deməyib və otağına girib. Bir neçə saat sonra qızdan səs-səmir gəlmədiyi üçün anası onun otağına gedib. Ana qızı huşsuz halda tapıb. Qız üçün həkim çağırılıb.

Qızın zəhərləndiyi məlum olub. Onu xəstəxanaya aparıblar. Həkimlərin səyi nəticəsində Q.Z.-nın həyatını xilas etmək mümkün olub. Müayinə zamanı məlum olub ki, qız çoxlu dərman içib və intihar etmək istəyib.

Onun intihar etməsinə sevgilisindən ayrılması səbəb olub. Demə Q.Z. sevdiyi oğlanla İlaxır çərşənbəni qeyd etmək istəyib. Onlar görüşüblər. Lakin qızın geyimi oğlanın xoşuna gəlməyib. Qızın həddindən artıq qısa geyimi oğlanı əsəbiləşdirib. Arada mübahisə yaranıb. Mübahisə zamanı oğlan Q.Z.-ni söyüb.

Qeyd edək ki, sevgilisinin intihar etmək istədiyini eşidən gənc oğlan xəstəxanaya gedib. Onların barışdığı bildirilir.


Xəbəri paylaş

8968 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___