Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Daha ciddi cəzalar görülməlidir" - Deputatdan ETİRAZ
Tarix: 14-04-2017 | Saat: 14:14
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

"Daha ciddi cəzalar görülməlidir" - Deputatdan ETİRAZ

"Auditin aparıldığı bütün dövlət orqanlarında bu və ya digər maliyyə pozuntularına yol verilib və bu, çox üzücü haldır. Deməli, ölkədə maliyyə nizam-intizamı ilə bağlı ciddi problemlər var". "APA-Economics" xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında Hesablama Palatasının 2016-cı il üzrə hesabatının müzakirəsi zamanı millət vəkili Qüdrət Həsənquliyev deyilib.

Onun sözlərinə görə, Hesablama Palatası öz vəzifəsinin öhdəsindən layiqincə gəlir: "Millət vəkilləri maliyyə pozuntuları ilə bağlı dəfələrlə çıxış edib, Hesablama Palatası da dəfələrlə maliyyə pozuntuları ilə bağlı məlumat verib. Görünən odur ki, vəziyyət düzəlmir. Buna görə də aşkar olunan qanun pozuntuları ilə əlaqədar olaraq daha ciddi cəzaların görülməsini istəyirik".

Millət vəkili parlamentdə büdcə və büdcəyə nəzarət komitəsinin yaradılmasını təklif edib.
"Hesablama palatası Milli Məclis tərəfindən formalaşdırılır. Amma deputatlar birbaşa nə ilboyu büdcənin hazırlanması prosesində iştirak etmir, nə də ki nəzarət funksiyasının həyata keçirilməsində iştirak etmirlər. Bu cür komitə bütün ölkələrdə var. Ona görə də bu barədə düşünmək lazımdır", - deyə o vurğulayıb.


Xəbəri paylaş

7248 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___