Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Hər idmançı belə halla üzləşə bilər” - FOTO
Tarix: 14-04-2017 | Saat: 14:08
Bölmə:Karusel / İdman / Müsahibə | çapa göndər

"Hər idmançı belə halla üzləşə bilər” - FOTO

"Azərreyl" klubunun voleybolçusu Tatyana Bokan vətəni Çernoqoriyada müsahibə verib.

"Xəbəraz.az " apasport.az-a istinadən xəbər verir ki, son mövsümün gedişində "dəmiryolçular"a qoşulan və komanda ilə Super Liqanın gümüş medalını qazanan 29 yaşlı hücumçu yeni mövsümlə bağlı qərar verməyə tələsmədiyini deyib. O, həmçinin Bakıdakı çıxışını da dəyərləndirib.

"Hər idmançı belə halla üzləşə bilər” - FOTO

- "Azərreyl"lə Azərbaycan çempionatının ikincisi olduz. Ordan yorğun qayıtdığınız üçün yığmaya qoşulmaq istəmirsiz?

- Federasiyanın prezidenti Svetko Paykoviçlə söhbət edib, ona bildirdim ki, şəxsi səbəblərdən yığma karyeramda fasilə yaratmağa məcburam. Bu il keçiriləcək dünya çempionatının seçmə mərhələsində və Avropa Liqasında komandaya kömək etməyəcəm. Hər idmançı belə halla üzləşə bilər. Biz də onunla anlaşdıq. Gələn il keçiriləcək növbəti Avropa çempionatının seçmə oyunlarında yenidə yığma ilə olacam. Həmin vaxtda istirahət etmiş və tam hazırlıqlı olacam. Qitə çempionatına 24 komanda yüksələcəyindən həmin yarışda müəyyən şanslarımız da var.

- Bakı klubundakı çıxışınızı necə dəyərləndirərdiz?

- Düzünü deyim ki, Azərbaycandakı çıxışımdan çox razı deyiləm. Çünki ordakı işlər, komandaya münasibət ürəyimcə olmadı. Ən çox məni üzən o oldu ki, real olaraq bizdən güclü olan "Fənərbağça"ya məğlubiyyət klub rəhbərliyinin narazılığına səbəb oldu. Hərçənd, biz də digər komandalar kimi çıxış etmişdik. Yəni, biz o komanda deyilik ki, bizdən narazı qalsınlar.

- Bəs Super Liqadakı çıxışınızla bunu sığortalaya bildizmi?

- Yerli çempionat maraqlı keçdi. Sonadək kimin birinci, kimin ikinci olacağı bilinmirdi. Biz "Telekom"dan daha çox xal toplamışdıq. Amma son anadək çempionun kim olacağını gözləyirdik. "Telekom"la son qarşılaşmamızda mən meydana zədəli çıxdım. Mənə dedilər ki, bu, bizim üçün ən vacib oyundu. İlk 2 seti uduzmuşduq. Üçüncüdə də 11:15 geridə idik. Amma dönüş yaradıb, qələbə qazana bildik. Mən həmin matçda 27 xal yığdım. Bu nəticəyə görə çox xoşbəxt idim. Amma bu komandanın əvvəllər daha güclü və daha bahalı oyunçuları da olub.

"Hər idmançı belə halla üzləşə bilər” - FOTO

- "Azərreyl"lə mövsümün sonunadək müqavilə bağlamışdız. Artıq yeni danışıqlara başladığınızı demək olarmı?

- Hələ ki, heç bir klubdan dəvət yoxdu. Hələlik növbəti mövsümlə bağlı qərar verməyə tələsmirəm. Səhv etmək istəmirəm.

- Ötən il Bakı təmsilçisi ilə mövsümün gedişində müqavilə imzaladız. Ehtiyat etmirsiz ki, bu dəfə də analoji hadisəni yaşayarsız?

- Bəli, ötən mövsüm də komandaya bir qədər gec qoşulmuşdum. Yaponiya və İndoneziyada çıxışımdan sonra bir müddət fasilə götürdüm. Mövsümün əvvəlini buraxdıqdan sonra Bakıdan gələn təklifi qəbul etdim. Yığmadakı komanda yoldaşım Kseniya İvanoviç və serbiyalı Danitsa Radenkoviç orda olması da qərarımda rol oynadı. Məni həm də ordakı insanlarla ünsiyyət qurmağın mümkünlüyü cəlb etdi. Yaponiya və İndoneziyada belə deyildi. Təəssüf ki, Kseniyanın komandasından fərqli, "Azərreyl" "sükanı arxası"na güclü mütəxəssis dəvət etməmişdi. Hərçənd "Telekom"da hər oyunçu məşqə böyük həvəslə gəlirdi. Bir sözlə, bu mövsüm mənim üçün ən qısa və ən pis mövsüm oldu.


Xəbəri paylaş

8488 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___