Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
19 yaşlı oğlan özünü güllələyib-İsmayıllıda
Tarix: 14-04-2017 | Saat: 13:38
Bölmə:Karusel / Hadisə | çapa göndər

19 yaşlı oğlan özünü güllələyib-İsmayıllıda

Laçın rayon sakini İsmayıllı rayonunda odlu silahla özünə ağır xəsarət yetirib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Qubaxəlilli kəndində qeydə alınıb. Kənd ərazisində məskunlaşan Laçın rayonundan olan məcburi köçkün, 1998-ci il təvəllüdlü Vəliyev Cəsarət Bəxtiyar oğlu ov tüfəngi ilə ehtiyatsız davrandığı üçün qəflətən silahdan açılan atəş nəticəsində özünə ağır xəsarət yetirib. Sağ diz və baldır nahiyəsindən ağır xəsarətlər alan Cəsarət Vəliyev təcili olaraq Ağsu Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. İlkin tibbi yardım göstərildikdən sonra xəsarət alan şəxs müalicə üçün Bakıya göndərilib.


Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.


Xəbəri paylaş

4998 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___