Sevgilisi olanların nəzərinə...
Tarix: 13-04-2017 | Saat: 21:56
Bölmə:Karusel / Maraqlı | çapa göndər
Bəzən cütlüklər münasibətlərinin yaxşı getmədiyini bilirlər, lakin bunu görməzdən gəlirlər. Çünki tənha qalmaqdan qorxurlar. Amma bu hal münasibətləri daha da korlayır.
Münasibətlərinizin yaxşı getmədiyini göstərən əlamətlərlə sizi tanış edir.
Başqaları ilə vaxt keçirməyə üstünlük verirsiniz
Əgər evə gedib sevdiyiniz insanla birlikdə olmaq üçün can atmırsınızsa, bu, vəziyyətin pis olduğuna işarədir. Münasibətlərdə cütlüklərin bir-birindən bir az ayrı vaxt keçirməsi normaldır. Lakin başqaları ilə vaxt keçirmək daha çox xoşunuza gəlirsə, demək, problem var. Özünüzə bir az zaman verin, sonra hisslərinizdə dəyişiklik olub-olmadığına diqqət edin.
Subay olmaq fikri xoşunuza gəlir
Subay olmaq fikri sizə rahatlıq verir. Subaylığı birlikdə olmaqdan üstün tutursunuz. Bu, münasibətdən bezdiyinizə işarədir. Əgər başqa insanlar diqqətinizi çəkməyə, əvvəlki sevgililərinizi araşdırmağa başlamısınızsa, deməli, hazırkı münasibətinizi bitirməyin vaxtı çatıb.
Səy göstərmirsiniz
Bəzi münasibətlər üçün səy göstərmək lazımdır. Bir tərəf bunu etmək istəmirsə, münasibətlərinizi bir daha gözdən keçirməlisiniz. Özünüzə dəyər verirsinizsə, münasibətinizi sınaqdan keçirməkdən başqa çarəniz yoxdur. Əgər buna cəhd etmək istəmirsinizsə, demək, ayrılmağın vaxtıdır.
Sevişmək istəmirsinizsə...
Son dəfə onu nə vaxt arzulamısınız? Stress, həyat çətinlikləri, qayğılar cinsi həyatınıza mənfi təsir edə bilər. Lakin bununla yanaşı onunla yaxınlıq etmək istəmirsinizsə, münasibətinizi canlandırmaq üçün nəsə etməyin faydası olmayacaq.
Mübahisələrdən sonra peşmanlıq hiss etmirsiniz
Hər bir münasibətdə mübahisələr olur, bu da çox normaldır. Mübahisələrdən sonra çox vaxt haqlı olan tərəf belə, peşmanlıq duyur. Lakin mübahisələrdən sonra ən kiçik peşmanlıq da hiss etmir, kədərlənmirsinizsə, onu incitdiyiniz üçün pis olmursunuzsa, deməli, ayrılmaq da sizi böyük ehtimalla kədərləndirməyəcək.
Gələcəyinizi onunla düşünmürsünüz
Gələcəkdə fotolarda özünüzü onunla yan-yana görə bilmirsinizsə, bunun nəyə işarə olduğunu düşünməlisiniz. Onunla bir gələcək fikirləşə bilmirsinizsə, deməli, münasibətlərinizin ömrü çox qısadır.(lent.az)
Xəbəri paylaş
7998 dəfə oxunub.
Digər xəbərlər

5-02-2016, 18:58
Ramil Usubov bu bölgələrdə sakinlərlı görüşəcək
1-05-2016, 10:22
Kreml Qarabağa dair yeni planlar cızır – Politoloq
30-10-2015, 00:02
Bakıda şok hadisə – Körpələrin meyiti səhv düşdü – VİDEO
2-04-2018, 08:28
Köhnə kitabları oxuyarkən təhlükəli xəstəliklərə də yoluxa bilərik
29-08-2019, 19:48
“Xanımımı və qızlarımı niyə sosial şəbəkədə paylaşım ki?”— Meyxanaçı
27-05-2015, 01:28
“Buradan ancaq meyitim çıxa bilər”
16-11-2017, 13:59
İNK ailəsinə ağır itki üz verib
30-05-2018, 10:02
Millimiz Qurban Qurbanovla ilk qələbəsini qazandı
21-03-2018, 21:06
Azərbaycanda yenilik: Saytı girov qoyub kredit götürmək olar - VİDEO
18-08-2017, 16:35
Azərbaycanda yüksək vəzifəli məmur vəfat etdi