Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ramal bu mahnıda cinsi azlıqları təbliğ edib - Video
Tarix: 12-04-2017 | Saat: 16:35
Bölmə:Karusel / Şou-Biznes / Xəbəraz TV | çapa göndər

Ramal bu mahnıda cinsi azlıqları təbliğ edib -  Video

Müğənni Ramal İsrafilovun “Gizli sevgi” mahnısı ilə bağlı maraqlı məqam ortaya çıxıb.

"Xəbəraz.az "ın məlumatına görə, mahnı ilə bağlı hazırlanan video çarxda iki xanımın bir-birinə sevgi hissi ilə baxdığı görüntü müzakirəyə səbəb olub.

R.İsrafilov “Qafqazinfo”ya müsahibəsində həqiqətən də mahnıda eyni cinsin nümayəndələrinin sevgisindən bəhs olunduğunu deyib:

“Bu hissləri yaşayan çox insan var. Ancaq İnstaqramda paylaşdığım şəkillərin altına çox şərhlər gəldi. Yazmışdılar ki, bu, düzgün deyil. Allahın işinə qarışmaq olmaz. Ancaq bəziləri də yazmışdı ki, hələ də öz aşiqimi sevirəm. Ərə getmişəm, amma içimdə o sevgini yaşadıram. Yəni, belə insanlarımız var. Bu, bir mahnıdır, mən bu hissləri yaşamıram. Sadəcə olaraq ifa etmişəm. Bir ifaçı kimi həmin mahnını canlandırmışam.

Mənə çox sual verdilər, dedilər ki, niyə bu mahnını oxumusan? Ailədə də problem oldu, söylədilər ki, gərək oxumazdın. Mən onlara başa saldım ki, insanların həyatından qaynaqlanaraq yazılıb. Biz bir şey oxuyan kimi üstümüzə heç nə yazmasınlar, deməsinlər ki, həmin hissləri yaşadığın üçün oxumusan. Bir musiqi kimi oxumuşam, insanlara həsr etmişəm. Mənə heç bir aidiyyatı yoxdur.

"Youtube"da yer alan görüntüləri mən hazırlamışam. 4-5 klipdən görüntüləri götürüb miks eləmişəm. Bu, klip deyil, klip daha sonra təqdim olunacaq. İnsanların əksəriyyəti elə başa düşür ki, biz çəkmişik. Şərh yazırlar ki, biz bu görüntüləri hardasa görmüşük, götürmüsüz...

Klipdə Ququşun ekran işindən görüntülərdən istifadə etmişəm. Demək olar ki, bu mahnını yazandan sonra həmin kliplə tanış oldum. Yaradıcı insan bəhrələnməlidir. Ancaq mən bəhrələnmək üçün həmin klipə baxmamışdım. Təsadüfən qarşıma çıxdı və qızların göz-gözə baxması səhnəsində mövzunu tutdum. Yəni, dünyada belə janrlı mahnılar və təbliğat var. Mən də həmin görüntüləri əlavə etdim".



Xəbəri paylaş

7108 dəfə oxunub.

Digər xəbərlər
19-03-2015, 15:14 Bakıda çox ucuz evlər

bütün xəbərlər
____ Instagram ___