Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda yararlılıq müddəti bitmiş kolbasa və sosiska satan şəxslər tutulub
Tarix: 11-04-2017 | Saat: 13:13
Bölmə:Karusel / Hadisə / Foto-fakt | çapa göndər

Bakıda yararlılıq müddəti bitmiş kolbasa və sosiska satan şəxslər tutulub

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) paytaxt ərazisində istifadə müddəti bitmiş kolbasa və sosiska məmulatlarının satışının təşkil edilməsi barədə əməliyyat məlumatı daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, keçirilən əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakinləri Nicat Babaşi və Vüqar Səlimov yararlılıq müddəti bitmiş kolbasa və sosiska məhsullarını satarkən saxlanılıblar.

Binəqədi rayonu ərazisində həmin şəxslərə məxsus anbara baxış zamanı külli miqdarda istifadə müddəti bitmiş və satılması nəzərdə tutulan müxtəlif çeşidli kolbasa sosiska aşkar olunaraq götürülüb.

Aşkar edilən ərzaq məhsulları Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə göndərilib. Ekspertiza tərəfindən müəyyən edilib ki, satılan kolbasa və sosiska məmulatları istifadəyə tam yararsızdır, eləcə də insan sağlamlığına təhlükə yarada bilər.

Toplanmış materiala hüquqi qiymət verilməsi üçün Baş İdarənin İstintaq Şöbəsində araşdırmalar aparılır.
Bakıda yararlılıq müddəti bitmiş kolbasa və sosiska satan şəxslər tutulub
Bakıda yararlılıq müddəti bitmiş kolbasa və sosiska satan şəxslər tutulub


Xəbəri paylaş

6828 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___