Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
SOCAR Türkiyədəki ən böyük aktivinin fəaliyyətinin nəticələrini açıqladı Şirkət məlumat yaydı.
Tarix: 11-03-2015 | Saat: 22:52
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

SOCAR Türkiyədəki ən böyük aktivinin fəaliyyətinin nəticələrini açıqladı Şirkət məlumat yaydı.

SOCAR-ın Türkiyədə ən böyük aktivi olan “Petkim” Neft-Kimya Holdinqi 2014-cü ili 4,13 (təxminən 2 milyard manat) milyard türk lirəsi (TL) gəlir, 94 milyon TL (təxminən 38 milyon manat) ümumi mənfəət ilə başa vurub.

Bu barədə Xeberaz.az-a Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.

Şirkətin ötən il 3,25 milyard TL olan aktiv böyüklüyü bu il 17% artaraq, 3,79 milyarda yüksəlib. 45 ölkəyə həyata keçirilən xarici satışların həcmi 563,5 milyon dollara çatıb.

Şirkətin baş direktoru Sadəddin Qorqud neftin ucuzlaşmasının şirkətə təsirindən də danışıb:

“Neftin ucuzlaşması və türk lirəsinin dollara nəzərən qiymətdən düşməsi emal və neft-kimya sektoruna da təsir edib. Bu dövrdə ehtiyatların düzgün idarə olunması mühüm əhəmiyyət kəsb edir. Holdinqin zavodlarında potensial artım investisiyası və bütün kompleksdə planlı baxım proqramının uğurla həyata keçirilməsi nəticəsində mənfəət 8,7 milyon TL həcmində saxlanılıb. Yeni yatırımlar hesabına istehsal gücü 13% artıb” - deyə, o deyib.

“Goldman Sachs” beynəlxalq investisiya bankının 250 milyon dollar müqabilində “Petlim” limançılıq hissələrinin 30%-nə ortaq olmasını vurğulayan baş direktor ötən il “Petkim”lə yanaşı digər sənaye şirkətlərinə xidmət göstərəcək yeni AR-GE Mərkəzinin açıldığını, İstanbul birjasında yalnız 6 sənaye şirkətinin yer aldığı Davamlılıq İndeksinə “Petkim”in də daxil olduğunu bildirib. Şirkət külək enerji stansiyası və “Petkim” konteyner limanı layihələrini uğurla davam etdirir. Böyüklüyünə görə Türkiyədə üçüncü, Egey bölgəsində isə birinci olan konteyner limanı inşasının iyul ayının sonunda tamamlanacağı bildirilir. Tezliklə tikintisinə başlanılacaq külək enerjisi stansiyasının inşasının da bu il tamamlanması nəzərdə tutulur. Stansiyanın ilk fazası işə düşdükdən sonra “Petkim”in elektrik enerjisinə olan ehtiyacının 12%-i yeni mənbədən ödəniləcək” - deyə, SOCAR-ın məlumatında deyilir.


Xəbəri paylaş

8608 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___