Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Dollar nə üçün 2 manatı keçə bilmədi?
Tarix: 10-04-2017 | Saat: 14:25
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

Dollar nə üçün 2 manatı keçə bilmədi?

Son günlər manatın xarici valyutalar qarşısında dəyər dəyişikliyi maliyyə bazarında tədirginliyin artmasına səbəb olub. Öncəliklə nəzərə almaq lazımdır ki, iqtisadi sistemin işləyişi ilə bağlı qərarlar müəyyən qeyri-adi hərəkətlənmələrə səbəb ola bilir.

İqtisadçı- ekspert Cəfər İbrahimli Marja-ya şərhində bildirib ki, cari ildə Mərkəzi Bankın "Üzən məzənnə" sisteminə keçməsi və bazara daim müdaxilə edəcəyinin hələ də iplərin MB hərraclarına bağlı olacağını və onun izin verdiyi çərçivədə dəyişiklik olacağı elan edilmişdi. İlk hərraclarda pisixoloji təsir ilə məzənnə siyasətinin dəyişməsi zamanı manatın ciddi dəyər itirəcəyi gözlənilirdi, cəhd oldu, amma çox yüksələ bilmədi. MB-ni rəsmiləri də məzənnə hərəkətinin gözlənəndən sakit olduğunu etiraf etmişdilər. Bunu səbəbi isə aşağıdakı amillərlə bağlıdır:

1. Son 2 ildə dollarlaşma prosesi getmiş və bunun qarşılığında valyuta alabiləcək manat bazası daraldılmışdı. Bu rəqəm uzun müddətdir 7 milyard manat həcmində saxlanılır.

2. MB və Maliyyə nazirliyi tərəfindən manat bazlı qiymətli kağızları yüksək faiz təklif edərək bankların likvid manat vəsaitlərini cəlb edilmişdir;

3. Qrafikdən göründüyü kimi mütəmadi olaraq nəğd valyuta(xüxusu ilə dollar) alqı-satqı həcmi son altı ayda minumum səviyyəyə enmiş və nisbətən stabilləşmişdir. Burada dollar satışına bankların məhdudiyyət tətbiq etməsi həcmin azalmasına ciddi təsir etməsi ilə bərabər alış istiqamətinin də çox yüksək olmadığı müşahidə olunur.

5.Son 10 ildə hər zaman dövlər bütçəsi xərcləmələrinin açılmasına qədər (mart sonu) iqtisadiyyatda aktivlik aşağı olmuş və bu passivlik xarici valyutaya tələbin az olduğunu deməyə əsas verir.

4. Maliyyə bazarının dərin olmaması və bazarı tənzimləyəcək maliyyə alətlərinin yetersizliyi bazarın tələblərinə uyğun tənzimləmədə yetərsiz qalmış və sərt hərəkətlərin yaşanmasını stimullaşdırmışdır.

5. Ən əsası yuxardakı şərtlərə bağlı və bazarların ruhuna uyğun olaraq uzun müddət məzənnə üzərindəki basqı düşəliş (korreksiya) hərəkətinə keçmişdir.
Dollar nə üçün 2 manatı keçə bilmədi?


Xəbəri paylaş

7388 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___