Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İsgəndəriyyədə törədilən partlayış nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb - YENİLƏNİB
Tarix: 09-04-2017 | Saat: 21:47
Bölmə:Karusel / Gündəm / Hadisə / Dünya | çapa göndər

İsgəndəriyyədə törədilən partlayış nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb - YENİLƏNİB

İsgəndəriyyədə kilsədə törədilən partlayış nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb.

"Xəbəraz.az "-ın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Misir Səhiyyə Nazirliyi məlumat yayıb.

Bundan əvvəl 16 nəfərin öldüyü bildirilirdi.

Tanta və İsgəndəriyyə şəhərlərində törədilən terror aktları ilə əlaqədar ölkədə üç günlük matəm elan edib.

17:20

Bu gün Misirdə kilsələrdə törədilən terror aktlarına görə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürüb.

"Xəbəraz.az "APA-ya istinadən xəbər verir ki, bu barədə “Anba Masr” portalı İŞİD terror təşkilatının bəyanatına istinadən məlumat yayıb.

Qeyd edək ki, son məlumatlara əsasən bu gün Tanta şəhərində kilsədə törədilən partlayışda 30 nəfər, İsgəndəriyyədə kilsədə törədilən partlayışda isə 11 nəfər ölüb.

15:49

Bu gün Misirin İsgəndəriyyə şəhərində kilsədə törədilən partlayış nəticəsində 2 nəfər ölüb, 21 nəfər yaralanıb.

"Xəbəraz.az " APA-ya istinadən xəbər verir ki, bu barədə Misirin “ON-TV” telekanalı məlumat yayıb.

Partlayış kilsənin qapısı qarşısında törədilib. Partlayış anında patriarx İkinci Teodor da kilsədə olub, ancaq xəsarət almayıb.

İlkin məlumata görə, partlayışı terrorçu-kamikadze törədib. Partlayış zamanı bir polis zabitinin şəhid olduğu bildirilir. O terrorçu-kamikadzenin kilsəyə daxil olmasının qarşısını alan zamanı həlak olub.

Qeyd edək ki, bu gün səhər Misirin Tanta şəhərində kilsədə güclü partlayış törədilib, nəticədə 30 nəfər ölüb. Daha sonra Misir Daxili İşlər Nazirliyinin Tanta şəhərindəki təlim mərkəzində də partlayış törədilib.


Xəbəri paylaş

6818 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___