Yaşa görə qırışların yaranmasını necə gecikdirmək olar?
Tarix: 09-04-2017 | Saat: 21:06
Bölmə:Karusel / Qadınlar | çapa göndər
Bütün insanların dərisi yaşına görə fərqlənir. Lakin hamısının bir ortaq ehtiyacı var: NƏM! Dərinin elastikliyini və canlılığını qoruyan və onu təmin edən nəmdir. "Körpə kimi" duru, aydın bir dəridə dünyaya gəlirik ancaq çox təəssüf ki bədənimiz zamanla fərqli dəri tiplərinə çevrilir. Dəri, genetik faktor və xarici faktorlardan nəm itkisinə uğrayır.
Dərinin nəm qabiliyyəti körpəlik dövründə 100%-dir. Bu nisbət, 20 yaşda 33%-ə düşür və 25 yaşında hüceyrə yenilənməsi sonlanır. Bu məlumatları verdikdən sonra yaş qruplarına görə dəri qulluğunun və doğru nəmləndirici seçimi haqqında məlumat verək:
15-25 yaşlar arası
Kosmetika istifadəsi və dəri baxımına 15 yaşından başlanmalıdır. Doğru kosmetkalar, dəri funksiyalarını tənzimləməyi və dərinin təzəliyini qoruyub saxlayır. Odur ki, kosmetik məhsullara fikir vermək lazımdır.
Dəri tipimizin meydana gəlməsi isə yetkinlik dövründə başlyır. Uşaqlıqdan gəncliyə keçiş dövründə, fiziki yetkinliyi təmin edən hormonlar, yağ ifrazı daha çox yağ çıxarmasına səbəb olur və sızanaq problemləri yaranır. 20 yaşın ortalarına doğru, dərinin inkişaf müddəti tamamlanır. Dəridə yavaş-yavaş azalmalar üzə çıxır, dərinin yağ və nəm tarazlığı pozulur, yaşadığımız mühitə görə mimik xəttlər qırışların meydana gəlməsinə zəmin yaradır. Xüsusilə bu yaşlarda yağ istehsalı çox olan dəridə, sızanaq problemi yaşanılır. Dəridə yaşanan yağlanmanı azaltmaq və sızanaqlı dəriləri bağlamaq üçün bəzən səhv kosmetik məhsullardan istifadə edilər. Beləliklə, dərinin nəm tarazlığı pozulur, üst dəri qalınlaşır, sərtləşir və təəssüf ki, dəridə çox erkən qırışlar meydana gəlməyə başlayır.
Bu yaşlarda dəri təmizliyi və qulluğu böyük əhəmiyyət daşıyır. Dərinin yağ və nəm tarazlığını qorumaq üçün bioloji kosmetik məhsullarından və bitki mənşəli nəmləndiricilərdən istifadə edilməlidir. Beləcə dərinin yağ və nəm tarazlığı qorunur, problem aradan qaldırılır. Dərinin elastiklik və möhkəmliyi təmin edilərək təzəliyi və gəncliyi qorunur.
30-40 yaş yaşlar arası
30 yaş, ilk qırışların diqqətə çarpan dövrləridir. Əgər düz qulluq və nəmləndirici istifadə etmiriksə, qırışlar dərinləşməyə başlayar. 30 yaşda 50 yaşa görə üstünlüyü, dərinin qoruyucu funksiyalara sahib olmağıdır. Ona görə də nəmləndiricidən daim istifadə etmək lazımdır ki, dərinin gözəlliyini qorumuş olaq.
40 yaşında isə dərinin diriliyi itir, elastik itkisi başlayır, nəmi qorumaq gücü azalar və dəri mat görünər. Dərinin hüceyrə istehsalını yüksəldən sıx nəmləndiricilər dərinin gərginliyini və elastikliyini qüvvətləndirir, qırışların qarşısını alır.
45 və yuxarı yaşlar
Bu yaşlar, üzdəki xəttlərin diqqətə çarpması, göz ətrafı, yanaq və ağız kənarındakı qırışların artdığı, boyun bölgəsindəki qırışların çoxaldığı yaşlardır. Bu dövrlərdə yaşlılıq ləkələri görünür və dəri nazilməyə başlayır. Dərinin hüceyrə istehsalı azalır. Bu səbəbdən hüceyrə istehsalını artıran, daha sıx nəmləndirici, qidalandırıcı və qoruyucu məhsullardan istifadə etmək dərinin qorunmağını təmin edir. Bu yaşda dəriyə C və A vitamini mütləqdir. Xüsusilə, menopoz və sonrası üçün uyğundur.
Qeyd: Doğru nəmləndiricilər dəriyə elastiklik və canlılıq qazandırılaraq dərinin gənc görünməyini təmin edir.
Xəbəri paylaş
1 1238 dəfə oxunub.
Digər xəbərlər

14-05-2022, 10:10
Görmə qabiliyyətini itirən qadın - Həkimlər seçim qoydu: Ya gözlərin ya oğlun - VİDEO
18-12-2019, 02:40
SOCAR Ukraynadakı fəaliyyətini genişləndirəcək
21-06-2015, 20:11
Qasırğa və leysan yağışları Bolnisi və Marneuli rayonlarında ciddi fəsadlar törədib.
24-06-2015, 15:17
SOCAR “Petkim”dəki hissəni yenidən satışa çıxarır
11-04-2016, 19:40
Bakıda üç ayda baş vermiş yol qəzalarında 32 nəfər ölüb
28-12-2018, 14:04
Bakı-Gəncə-Bakı sürət qatarına start verilir
24-05-2021, 20:57
Hiyləgər erməni Gürcüstanda Azərbaycanlılarla Kürdləri biri-birlərinə qırdırdı-ÖLƏN VAR
31-05-2020, 09:19
Şəkinin mərkəzi küçələrində ayı göründü
18-08-2017, 23:00
Azərbaycanda bəylə gəlinin geyimi müzakirələrə səbəb oldu - Foto
16-06-2016, 17:56
Britaniya referendumunda Türkiyə sualı