Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İslamiadanın su səyahətinin Astara mərhələsi başlayıb – FOTO
Tarix: 09-04-2017 | Saat: 13:34
Bölmə:Karusel / İqtisadiyyat / Foto-fakt | çapa göndər

İslamiadanın su səyahətinin Astara mərhələsi başlayıb – FOTO
“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinin Astara mərhələsi başlayıb.

"Xəbəraz.az " APA-ya istinadən xəbər verir ki, Astarada səyahətin ilk ünvanı Astaranın Ərçivan kəndində yerləşən “Yanar Bulaq” kompleksi olub.

Sərbəst güləş üzrə dünya çempionatının bürünc mükafatçısı Əliabbas Rızazadə, sərbəst güləş üzrə respublika çempionu, əməkdar idman ustası Məhərrəm Ağayevin müşayiəti ilə şahmatçı Mirrahil Ağayev yanar bulağın suyundan götürüblər. Sonra səyahət iştirakçıları Astara şəhərinə yola düşüblər.

Su mərasimi bu gün 20:00-da Astarada dənizkənarı Park-Bulvarda su festivalı ilə müşayiət olunacaq.

Qeyd edək ki, Xəzərdən başlayan səyahət marşrutu Azərbaycanın 15 şəhər və rayonundan keçəcək və yürüş mayın 12-də Bakı Olimpiya stadionunda başa çatacaq.

İslamiadanın su səyahətinin Astara mərhələsi başlayıb – FOTO
İslamiadanın su səyahətinin Astara mərhələsi başlayıb – FOTO


Xəbəri paylaş

7588 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___