Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Dostu düşməndən pis çıxdı... - Evini yardı
Tarix: 07-04-2017 | Saat: 22:20
Bölmə:Karusel / Hadisə | çapa göndər

Dostu düşməndən pis çıxdı... - Evini yardı

Şəmkir sakini dostunun əmlakına göz dikib."Xəbəraz.az " ARB Kəpəz-ə istinadən xəbər verir ki, Şəmkir sakini 36 yaşlı Tacit Mehtiyev uzun illər dostluq etdiyi Qalib Abbasəliyevə məxsus mənzildən xeyli miqdarda nəğd pulun oğurlanmasını təşkil edib.

Mehtiyev sözügedən şəxsin evində külli miqdarda pul olması barədə Gəncə sakini 29 yaşlı Asif İsmayılov və həmkəndlisi 18 yaşlı Xəyal Hüseynovu məlumatlandırıb. Qurulan plan əsasında hər iki şəxs Qalib Abbasəliyevə məxsus evə yollanıb. Bu müddət ərzində ev sahibini söhbətə tutan Tacit Mehtiyev yoldaşlarına telefonla mesaj yazaraq, evə daxil olmaq üçün problem olmadığını bildirir.

Tacit Mehtiyevin sözlərinə görə ona 1600 manat pul veriblər: "Telefonla danışdıq Asif gəldi. Getdilər içəri girib pulu götürdülər. Mənə də 1600 verdilər".

Asif İsmayılov isə qeyd edib ki, Tacit ona zəng edərək deyib ki, gəl, qonşuda pul var:

"Məndə gəldim. Sonra zəng etdi ki keçin, götürün. Mən də keçib götürdüm. Zəng etdi ki, çıxın. Çıxdıq, pulu da böldük".

Evdə bir xeyli axtarış aparan Asif İsmayılov və Xəyal Hüseynov oradan 7600 Azərbaycan manatını və 8000 ABŞ dollarını, eləcə də digər qiymətli əşyaları oğurluq yolu ilə ələ keçiriblər. Daha sonra isə ünvanı tərk edərək pulu öz aralarında bölüblər. Qənimətdən ən az pay isə dəstənin yaşca kiçik üzvü, Xəyal Hüseynovun payına düşüb. Ona oğurlanan pulun 320 manatını veriblər.

Hər üç şəxs barəsində cinayət işi başlanılıb. İstintaq aparılır. Dəstə üzvlərinin digər cinayətlərdə iştirakı araşdırılır.


Xəbəri paylaş

7548 dəfə oxunub.

Digər xəbərlər
23-08-2017, 11:45 Cəbhədən xəbər var

bütün xəbərlər
____ Instagram ___