Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanda sərnişinlər ölümlə üz-üzə... - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR
Tarix: 07-04-2017 | Saat: 15:35
Bölmə:Karusel / Hadisə / Xəbəraz TV | çapa göndər

Azərbaycanda sərnişinlər ölümlə üz-üzə... - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR

Bu inanılmaz görüntülər bir milyarddan çox insanın yaşadığı Hindistanda və ya Çində çəkilməyib, 8 milyonluq Azərbaycanın mərkəzində çəkilib.

"Xəbəraz.az "Lent.az-a istinadən məlumatına görə, avtobusun qapılarından 7-8 nəfərin sallaşaraq getdiyi bu yer Abşeron rayonunun Digah qəsəbəsidir. Avtobus isə üzü Bakıya – “Azadlıq prospekti” metrostansiyasına doğru gəlir. Bəli, bəli, gördüyünüz kimi qapıları açıq, açıq qapılardan sallaşan xeyli insanla birgə.

Bu barədə bizə elə bu marşrutun daimi sərnişinlərindən biri məlumat verib. Dəhşətli səyahətin hər gün yaşandığını bildirən sərnişin deyir ki, Digahdan Bakıya doğru ölümlə qoyun-qoyuna səyahət edirlər. Şikayətçi onu da deyir ki, hər gün bu təhlükəli səfərin yaşandığı avtobus Digahdan Bakıya gələn 147 saylı marşruta aiddir.

Oxucumuz bildirir ki, bu xəttə hərəkət edən 147 saylı marşrutların demək olar, hamısı hər gün belə təhlükəli səfərlər həyata keçirir və onlarla insanın həyatını riskə atır.


Xəbəri paylaş

7088 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___