Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Şou biznesin zövqsüz müğənilləri - Aygün Kazımova, Damla, Telli Borçalı və Şəbnəm Tovuzlu
Tarix: 05-04-2017 | Saat: 17:49
Bölmə:Karusel / Şou-Biznes / Xəbəraz TV | çapa göndər

Şou biznesin zövqsüz müğənilləri - Aygün Kazımova, Damla, Telli Borçalı və Şəbnəm Tovuzlu

Azərbaycanlı stilist Samiraldo Azərbaycan şou-biznesinin zövqsüz geyinən xanım sənətçilərinin adını açıqlayıb. Lent.az-ın məlumatına görə, “APA TV”-nin “Show time” verilişinə qonaq olan imic ustası : “Zövqsüzlər çoxdur. İndi mən onların adını çəkim, onlar da gündəmə gəlsinlər? O gün məclislərin birində idim, gördüm ki, aşıq Telli Borçalı mənə sifət eləyir, əli ilə mən “kül başına” elədi. Maraqlandım ki, bu nə məsələdir? Dedi ki, Samiraldo hər yerdə məni tənqid edir. Əgər Samiraldo Telli Borçalını hiss edirsə, o, dünyanın xoşbəxti olmalıdır. Bu nə saç, bu nə geyimdir?

Stilist bildirib ki, müğənni Şəbnəm Tovuzlu da zövqsüzlər sırasındadır: “O qadın qəşəng oxuya bilər. Amma mən fikirləşirəm ki, səhnədə səhnə geyimi geyinməlisən”.

O bildirib ki, müğənni Damla da zövqsüzlər sırasındadır: “Məsələn Damlanın özü də zövqsüz geyinir. Dəfələrlə onun özünə də demişəm ki, sənin geyim zövqün yoxdur”.

İmic ustası onu da qeyd edib ki, xalq artisti Aygün Kazımova da yaxşı geyinmir: “Aygün Kazımovada isə köklüyü ilə bağlı kompleksi var. Depressiyadadır, yəni o qədər də istədiyi geyimləri geyinə bilmir”.

Samiraldo şou-biznesin zövqlü geyinən müğənnilərinin adlarını açıqlayıb: “Günay İbrahimli, Röya Ayxan , Natavan Həbibi, Brilliant Dadaşova”.

Qeyd edək ki, Yalçın Uğurun aparıcılıq etdiyi “Show time” verilişi həftənin 2-ci günləri saat 15:10-da “APA TV” –də yayımlanır.



Xəbəri paylaş

1 6588 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___