Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Oğlum mənə ilk dəfə "ata" deyəndə dizlərim kilidləndi..." - Doğuş ailəsindən danışdı
Tarix: 05-04-2017 | Saat: 17:15
Bölmə:Karusel / Şou-Biznes | çapa göndər

"Oğlum mənə ilk dəfə "ata" deyəndə dizlərim kilidləndi..." - Doğuş ailəsindən danışdı

Türkiyəli müğənni Doğuş “Vatan” qəzetinə müsahibə verib.

O, həyat yoldaşı, aparıcı Xoşqədəm Baxşəliyeva, ailə həyatı və əkiz övladlarından da bəhs edib.

Doğuş işi ilə bağlı İstanbula gəlməyə, ailə vəziyyətinə görə isə Bakıda qalmağa məcbur olduğunu və bundan şikayət etmədiyini deyib:

“Mən türk vətəndaşıyam və Doğuş kimi Türkiyədə çörək pulu qazanmışam. Mən ölkəmi sevən və 100 faiz milliyyətçi olan insanam. Həyat yoldaşım Azərbaycanda reytinqli veriliş aparıcısıdır, orada sevilir. Biz artıq müəyyən yaşa gəlmişik və bir-birimizə qarşı anlayışlı davranırıq. Bizim gələcəyimiz uşaqlarımızdır, onlar üçün çalışırıq. Uşaqlarımız böyüdükcə məsuliyyətimiz də artır. Hər şeydən əvvəl uşaqlarımızı düşünürük”.

İfaçı ata olduqdan sonra çox dəyişdiyini etiraf edib:

“Mən kədərin dibini yaşayan insan olmuşam. Əlimdə də mənə ölənə qədər çatacaq mahnılarım var. Əlbəttə ki, övladlarıma da mahnı yazmışam. Bir gün oğlum Arda qucağımda yatdı. Mən də həmin an ona bir mahnı yazdım. Bu mahnını Youtube kanalımda yerləşdirəcəm. Arın mənə ilk dəfə “ata” deyəndə dizlərim kilidləndi. Bu hissi heç bir sözlə ifadə də bilmirəm. Burada işlərim bitən kimi Bakıya qaçıram. Onlarsız qala bilmirəm”.

O, Türkiyə ilə Azərbaycan arasında olan fərqlərdən danışaraq, Bakıda yaşamağın gözəl olduğunu dilə gətirib:

“Ən önəmlisi budur ki, mənim ailəm, övladlarım oradadır. Bakıda yaşamaq mənə xoşdur. Gözəl və tərtəmiz bir şəhərdir. Küçələr yuyucu vasitələrlə yuyulur. İnsanları da çox gözəldir. Bir-birimizi çox gözəl anlayırıq. Azərbaycan dilində yaxşı danışa bilmirəm. Amma əlimdən gələni edirəm. Əsasən türkcə danışıram”.

Doğuş Azərbaycanda yeni layihədə iştirak edəcəyini də açıqlayıb. Bu layihənin ideya müəllifi isə həyat yoldaşı Xoşqədəm Baxşəliyevadır. Müğənni Azərbaycanda seriala çəkiləcəyini də söyləyib:

“Bakıda məni çox sevirlər və efirdə görmək istəyirlər. Türkiyədən də serial təklifi almışam. Əgər Türkiyədəki layihə alınmasa, Azərbaycanda olan layihəni reallaşdıracam. Amma mən Türkiyədə layihələr həyata keçirmək istəyirəm”.

Müğənni dünya şöhrətli xanəndə Alim Qasımovla layihəsi barədə açıqlama verib:

“Alim Qasımovla duetimiz olacaq. Bu xəbəri ilk dəfə sizinlə bölüşürəm. Mahnımız hazırdır. Qışa girdiyimiz vaxtlarda bizim duetimizi eşidəcəksiniz”.


Xəbəri paylaş

7498 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___