Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanın ən yaşlı sakinləri - 3 əsr yaşayan qadın - FOTO
Tarix: 05-04-2017 | Saat: 11:28
Bölmə:Karusel / Maraqlı / Foto-fakt | çapa göndər

Azərbaycanın ən yaşlı sakinləri - 3 əsr yaşayan qadın - FOTO


Azərbaycanda ən uzunömürlü sakin 3 əsr yaşayıb.

"Xəbəraz.az " azvision.az-a istinadən bildirir ki, 3 əsr yaşayan azərbaycanlının hal-hazırda 120 yaşı var.

Xanməmmədova Süsənbər 1897-ci ildə Qubadlı rayonunun Həkərli kəndində anadan olub. Onun Sumqayıt şəhərində yaşadığı bildirilir.

Azərbaycanın ən yaşlı sakinlərindən birinin isə 107 yaşı var. 1910-cu il təvəllüdlü Quliyeva Simuzər Qubadlı rayonunun Sarıyataq kəndində anadan olub.

106 yaşlı Qubadlı rayonunun Muğanlı kənd sakini Abbaşova Püstə isə 1911-ci ildə dünyaya gəlib.

1917-ci il təvəllüdlü Qubadlı rayonu Çaytumas kənd sakini Yusifova Sayadın isə 100 yaşı var.

Maraqlıdır ki, Azərbaycanın ən yaşlı sakinlərinin böyük əksəriyyəti Lerik və Qubadlı rayonlarında anadan olub.

Ölkənin ən yaşlı sakinlərindən olan Vəsmə Abbasova Lənkəranın Gərmətük qəsəbəsinin sakinidir. Tam dəqiqləşdirilmiş məlumata əsasən, ağbirçəyin 104 yaşı var. Ulu nənənin 7 övladı, 27 nəvəsi, 46 nəticəsi, 8 kötükcəsi var.

Azərbaycanın ən yaşlı sakinləri - 3 əsr yaşayan qadın - FOTO
Azərbaycanın ən yaşlı sakinləri - 3 əsr yaşayan qadın - FOTO
Azərbaycanın ən yaşlı sakinləri - 3 əsr yaşayan qadın - FOTO


Xəbəri paylaş

1 2128 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___