Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Oyan Azərbaycan"ın сanlı yayımında aparıcıya zarafat etdilər, əsəbləşdi - FOTO - VİDEO
Tarix: 04-04-2017 | Saat: 19:30
Bölmə:Karusel / Maraqlı / Xəbəraz TV | çapa göndər

"Oyan Azərbaycan"ın сanlı yayımında aparıcıya zarafat etdilər, əsəbləşdi - FOTO - VİDEO

"Oyan Azərbaycan" səhər proqramının bu şənbə efirə gedən buraxılışı "Gülüş günü"nə təsadüf edib.

Aparıcı Firuzə Cəlilova da aprelin 1-də insanları aldanmamaq, gülüş hədəfinə çevrilməmək üçün diqqətli olmağa çağırıb. Tamaşaçılar da mövzuya uyğun olaraq "Gülüş günü" başlarına gələn ən maraqlı əhvalatları verilişin İnstagram səhifəsində qeyd ediblər. Aparıcı elə ilk dəqiqələrdən müğənni Səidə Sultan, Buzovnada Novruz tonqalı ətrafında oynadığı rəqslə məşhurlaşan Zahid Quliyev və ictimai yerlərdə rəqs edərək vaynlar hazırlayan Rüfət Cahangirlinin verilişdə qonaq olacağını anons edib. Lakin proqramın ikinci saatına start verilən kimi vəziyyət dəyişib. İlk qonağını-vayner Rüfət Cahangirlini studiyaya dəvət edərək həvəslə söhbətə başlayan Firanın çox keçmədən canlı efirdə əhvalı pozulub. Səbəb isə onun əsəbləşməyi olub. Sujetə keçid alandan sonra isə gərginlik daha da artıb. Çünki aparıcıya son anda müğənni Səidə Sultanın proqrama qatıla bilməyəcəyi xəbəri verilib. Bundan hədsiz dərəcədə əsəbiləşən Firuzə Cəlilova fasilədə gah müğənniyə, gah da verilişin prodüserinə zəng etməyə çalışıb. Bunun üçün də redaktordan daha bir süjet təqdim etməyi istəyib. Lakin onun bu tələbi yerinə yetirilməyib və yayım birbaşa Səidə Sultanın ifası ilə başlayıb. Müğənninin gülərək studiyaya daxil olduğunu görən Fira əməlli başlı şok yaşayıb və yalnız son anda aldadıldığını anlayıb. Sən demə verilişin baş redaktoru Sərvər Abdullayev və prodüseri Vüqar Şəfiyev aparıcıya 1 aprel zarafatı hazırlayıblarmış.

Daha sonra səbirsizliklə gözlənilən Zahid Quliyev də qonaqlara qatılıb. Çox danışmaqla arası olmayan rəqqas məharətini elə məşhurlaşdığı "Papito" rəqsi ilə götərib. Rəqqasə Renkanın verilişə gəlməyi isə gözlənilməz olub. Sırf Zahid Quliyevlə birgə rəqs etmək üçün gəldiyini deyən Renka onu səhnəyə dəvət edib.

Qeyd edək ki, Zahid Quliyevin nəinki xarici, eləcə də milli oyun havalarında da əla rəqs etmək bacarığı var. Bu rəqslər verilişin növbəti buraxılışlarında tamaşaçılara təqdim olunacaq.

Səhər proqramı həmçinin hər həftə müxtəlif mövzularda hazırlanan və gündəmi əks etdirən 20-dən çox reportaj və videomaterialları tamaşaçılarına təqdim edir. Verilişin içində yer alan digər rubrikalar("İş verən", "Haqqım var", "Balalar bilirmi?!", "Sərhədsiz", "Xərci var", "Bilirsinizmi", "Qadın nə istəyir?!", "Biş-düş", "Kəndçi", "Möhkəm ol", "Özünü sına", "Meqapolis", "Dostum", "Düzələr", "Ulduzlu uşaq", "Uğur düsturu" və s.) da xüsusi mövzuları və yanaşmaları ilə seçilir.

Hər buraxılışda gündəmi əks etdirən mövzular həm ekspertlərlə, həm də tamaşaçılarla müzakirə olunur.



Xəbəri paylaş

2 3428 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___