Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Suriyada dəhşət: şəhərə zəhər yağdırıldı, onlarla uşaq öldü - VİDEO
Tarix: 04-04-2017 | Saat: 15:26
Bölmə:Karusel / Hadisə / Dünya / Xəbəraz TV | çapa göndər

Suriyada dəhşət: şəhərə zəhər yağdırıldı, onlarla uşaq öldü - VİDEO


15:14

Xan-Şeyhuna "Zarin" qazlı 36 avia-bomba atılıb. Bombaların üçü Məarəd Əl Numan hospitalına düşüb. Həlak olanlar arasında 6 tibb bacısı da var. Şəhərin cənubuna isə xlor qazlı bombalar atılıb. "Reuters" bildirir ki, bombardmanda 55 nəfər ölüb.

Anadolu xəbər agentliyi bombardmanda 63 nəfərin həlak olduğunu, Suriya müxalifləri isə qurbanların 520 nəfər olduğunu deyirlər.

-------------

15:05

Suriyanın İdlib vilayətindəki Xan-Şeyhun şəhərinə kimyəvi silahla hücum nəticəsində 32 nəfər həlak olub.

Zəhərlənərək ölənlərin arasında 9 uşaq var.

Qurbanların sayı sürətlə artır.

Al Arabiya-nın məlumatına görəsə, Xan-Şeyhuna hücum zamanı 100 nəfərin həlak olduğu, 500 nəfərin yaralandığı deyilir. Onların arasında onlarla uşaq var.

Yerli sakinlərin dediklərinə görə, şəhərin bombardmanı zamanı içində zərəli qaz olan bombalardan istifadə olunub.

14:35

Suriya rejimi İdlib vilayətində müxaliflərə qarşı kimyəvi silah tətbiq edib.

"Xəbəraz.az "APA-ya istinadən xəbər verir ki, bunu İdlib Mülki Müdafiə Dəstəsinin üzvü Enes Barakat "Anadolu" agentliyinə açıqlamasında deyib. O bildirib ki, Suriya ordusuna aid təyyarələr bu gün səhər saatlarında İdlibin cənubundakı Xan Şeyhun bölgəsinə hazırlanmasında zəhərli xlor qazından istifadə edilmiş bombalar atıb. Nəticədə 43 mülki şəxs ölüb, 215 nəfər zəhərlənmə əlaməti ilə xəstəxanaya yerləşdirilib. Ölənlərin əksəriyyəti uşaqlardır.

Qeyd edək ki, dünən gecə İdlibin El Habit bölgəsi də hücuma məruz qalıb. Nəticədə 20 mülki şəxs xlor qazından zəhərlənmə əlaməti ilə xəstəxanaya yerləşdirilib.




Xəbəri paylaş

9218 dəfə oxunub.

Digər xəbərlər
10-05-2016, 15:11 "MEDEF" Bakıya gəlir

bütün xəbərlər
____ Instagram ___