Göyçay çayında batan 5 yaşlı uşağın meyiti tapılıb
Tarix: 02-04-2017 | Saat: 22:07
Bölmə:Karusel / Hadisə | çapa göndər
Göyçay rayonunda çaya düşərək dünyasını dəyişən azyaşlı uşağın meyiti tapılıb.
APA-nın yerli bürosunun xəbərinə görə Göyçay şəhər sakini, 2012-ci il təvəllüdlü Kazımlı Xədicə Azər qızı martın 30-da Göyçay çayının kənarında oynayarkən ehtiyatsızlıq edib və qəflətən suya yıxılıb. Uşaq köməksiz vəziyyətdə qaldığı üçün suda boğularaq ölüb. Çayda su çox olduğuna görə 5 yaşlı uşağın meyitini tapmaq çətinləşib. FHN-nin Dövlət Sularda Xilasetmə Xidmətinin Aran dalğıc-axtarış qrupunun əməkdaşları və uşağın yaxınları çayda axtarış işlərini 4 gün davam etdiriblər. Axtarış işləri aparmaq üçün çayda suyun qarşısı kəsilib, istiqaməti dəyişdirilib.
Bu gün axşam saat 20:00 radələrində uşağın meyiti çaya düşdüyü yerdən 200 metr aralıdan tapılaraq valideynlərinə təhvil verilib. Məlumata görə, uşaq öz valideynləri ilə birgə çayın kənarında olub. Uşağın atası çayda balıq tuturmuş, anasının nəzarətindən kənarda qalan azyaşlı çaya düşüb.
Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Xəbəri paylaş
7248 dəfə oxunub.
Digər xəbərlər

28-02-2017, 10:36
Rüşvət alan baş həkim belə həbs olundu - Video
22-07-2021, 12:16
Dünyanın ən qorxunc insanları: Minillərdir dünyadan xəbərləri yoxdur
10-05-2016, 21:00
“Kəpəz” Gəncədə məşqə çıxdı
10-08-2018, 18:35
Trampdan Türkiyəyə qarşı yeni sanksiya — Polad və alüminium vergisi iki dəfə artırıldı
15-07-2016, 10:03
Aparıcı Samira məşhur müğənni ilə səhnə bölüşdü - FOTO
7-04-2015, 20:30
Premyer Liqamız Avropada 29-cu yerdədi
10-09-2020, 22:10
AMEA Ramiz Mehdiyevin bugünkü açıqlamasını təkzib etdi
9-05-2018, 11:30
Salah "Real"a keçməyə razılıq verib?
15-01-2017, 11:44
Bunu etməklə xərçəngin 75 faiz qarşısı alınır