Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Aygün Kazımova: "Həyatımda nankor insanlar var"
Tarix: 02-04-2017 | Saat: 16:04
Bölmə:Karusel / Şou-Biznes | çapa göndər

Aygün Kazımova: "Həyatımda nankor insanlar var"

Xalq artisti Aygün Kazımova Novruz bayramını fərqli keçirdiyini deyib.Müğənni "Lider maqazin"ə açıqlamasında bildirib ki, təbiət qoynunda dincəlib:

"Novruzda mən tam Yeni il yaşadım. Oyandım səhər ki, qar yağır. Çox fərqli bir bayram keçirdim. Yorulanda, stresdə olanda çıxış yolunu təbiət qoynunda olmaqda görmüşəm. Bu dəfə də Qəbələyə getdim".

Yoqa dərslərinə başlayan A.Kazımova deyib ki, haqqında yayılan yalan xəbərlərə hər zaman əsəbiləşib:

"Özümə əziyyət verməklə aram yoxdur, eqoistəm. Yoqa zamanı çox şeyi unuduram. Haqsızlıq məni özümdən çıxarır. Nəsə baş verir, əlaqən olmadığı halda adın orda hallanır. Pisliyə pisliklə cavab verə bilmirəm. Hər pisliyə əl atmaq arzusunda oluram. Amma məqam çatanda keçirəm, etmirəm. Əslində düz edirəm. Hər kəs etdiyinə görə xal qazanır. Pisliyə pisliklə cavab vermədikcə mən də xal qazanıram. Həyatımızda nankor insanlar var. Heç mən də ideal deyiləm. Ola bilər mən də kiminsə əməyini doğru qiymətləndirməmişəm. Amma vaxt gələndə baş verən haqsızlığa aydınlıq gətiriəm. İstəmirəm kimsə məndən incik qalsın".

Müğənni payızda verəcəyi solo konsertindən də söz açıb:

"Çox xoşbəxtəm, çünki böyük layihəm var. Hər dəqiqə səhnəni düşündükcə, beynimdə canlandırdıqca həyəcablanıram".


Xəbəri paylaş

1 6838 dəfə oxunub.

Digər xəbərlər
24-11-2015, 01:04 Whatsapp-dan Yenilik (2015)

bütün xəbərlər
____ Instagram ___