Dağıstanda VƏHŞİLİK: azərbaycanlı sürücünün maşınına od vurdular, özünü ölümcül döydülər - FOTO
Tarix: 02-04-2017 | Saat: 15:54
Bölmə:Karusel / Hadisə | çapa göndər
Mart ayının 31-də Dağıstanda çalışan azərbaycanlı sürücülərə qarşı vəhşilik törədilib.
"Xəbəraz.az " musavat.com-a istinadən xəbər verir ki, vəhşiliyi yerli sürücülər ediblər. Onlar həmyerlilərimizin idarə etdikləri yük maşınlarını daşa basıb, yandırıb və özlərini də döyüblər.
Dağıstanlı yük maşını sürücüləri bu əməli etmələri ilə bağlı səs yazılarını da yayıblar. Həmin səs yazısında onlar azərbaycanlı sürücüləri lazımi qaydada cəzalandırdıqlarını, hətta polislər gələnə qədər əllərindən gələni etdiklərini bildiriblər.
Səs yazısında aşağıdakı deyilir: "Qardaşlar, kim yatmayıbsa, xəbər edirəm. Bu gün bizə baş barmağını göstərən azərbaycanlı sürücünün maşınını məhv etdik, özünün də burnunu sındırdıq. Hadisə 5-10 dəqiqə əvvəl, Qoçubəy ərazisində oldu. Digər maşınları da apardılar".
Səs yazısından və redaksiyaya məlumat verən şəxsin açıqlamasından aydın olur ki, Gizlər-Qoçubəy yolunda bizim yük maşınlarına qarşı vəhşicəsinə baş verən hücumun səbəbi kimi guya azərbaycanlı sürücülərdən birinin onlara söyüş mənasını verən baş barmaq işarəsi göstərməsi bildirilir. Amma əsl səbəb başqadır. Tətil edən dağıstanlı sürücülər federal yoldan hər hansı yük maşınının, eləcə də Azərbaycan firmalarına məxsus maşınların keçməsini istəmir. Bunun ucbatından tərəflər arasında mübahisə düşüb və nəticə azərbaycanlı sürücülərin cəzalandırılması ilə bitib.
Hadisə nəticəsində zədə alan sürücünün kimliyi bilinmir. Amma fotodan onun kim olduğu müəyyənləşdirilə bilər. Bundan başqa, yük maşınlarının məxsus olduğu firma rəhbərliyi də hadisəni araşdıra bilər.
Xəbəri paylaş
6528 dəfə oxunub.
Digər xəbərlər

5-07-2016, 11:33
Zakir Həsənovdan müharibə bəyanatı
6-07-2022, 12:16
Qurban bayramı namazının qılınacağı vaxt açıqlandı
19-10-2015, 01:48
Doğuşun italyansayağı imici - Foto
30-10-2015, 14:36
Ramiz Pirverdiyevin adı “MTN işi”ndə hallanır
8-04-2017, 13:49
Baş nazirin müavinindən təhlükəli qida XƏBƏRDARLIĞI
8-05-2019, 14:25
İlham Əliyev xalq artistinə mənzil hədiyyə etdi
11-12-2015, 18:03
İlham Əliyev Nardarana böyük məbləğdə pul ayırdı
29-11-2018, 14:59
Bakıda prokuror qızından tanınmış həkimə qarşı dələduzluq
14-07-2015, 12:45
İranın bölgə siyasəti dəyişmir, bundan ən çox narahat olan isə İsraildir
21-04-2015, 13:06
Evdə tək olarkən görün başına nələr gəldi