Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda maşın körpüdən aşdı - 2 nəfər öldü, 3-ü isə yaralandı
Tarix: 01-04-2017 | Saat: 02:54
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər

Bakıda maşın körpüdən aşdı - 2 nəfər öldü, 3-ü isə yaralandı
Bakı-Ələt magistral yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Xəbəraz.az " APA-ya istinadən xəbər verir ki, “Mercedes” markalı avtomobil körpüdən aşıb. Qəza nəticəsində sürücü və bir qadın sərnişin hadisə yerində dünyasını dəyişib. Avtomobildə olan digər üç nəfər isə xəsarət alıb. 1 saylı Şəhər Kliniki Xəstəxanasından verilən məlumata görə, yaralılar ora gətirilib. Onlardan birinin vəziyyəti ağırdır.

İlkin məlumata görə, qəza nəticəsində xəsarət alanlar arasında polis əməkdaşı da var.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat şöbəsində araşdırma aparılır. Ölən və yaralanan şəxslərin adları dəqiqləşdirilir.

***

Fövqəladə Hallar Nazirliyi Bakıda baş vermiş ağır qəza ilə bağlı məlumat yayıb.

Bildirilir ki, qurumun Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Qaradağ rayonu, Bakı-Qazax magistral avtomobil yolunun 67-ci kilometrliyində “Mercedes” markalı minik avtomobilinin körpüdən aşması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış Səlimov Səlim Zakir oğlunun meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.


Xəbəri paylaş

1 3778 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___