Dibçəkdə çiyələk yetişdirməyin YOLLARI-Video
Tarix: 31-03-2017 | Saat: 22:13
Bölmə:Karusel / Maraqlı / Xəbəraz TV | çapa göndər
Müxtəlif kimyəvi maddələrə məruz qalmayan çiyələk yemək istəyirsinizsə, özünüz də ev şəraitində dibçəkdə əkə bilərsiniz. Ancaq bu zaman bəzi məqamlara diqqət etmək lazımdır. Bunlardan ən əhəmiyyətli olanları çiyələk toxumunun nə zaman əkilməsi və necə qulluq edilməsidir.Dibçəkdə çiyələk yetişdirməyin yollarını təqdim edir.
Əvvəlcə onu qeyd edək ki, çiyələyin hər növünü dibçəkdə yetişdirmək olmur. Ona görə də çiyələk toxumu alarkən müəyyən çiyələk növləri ilə maraqlanmalısınız. Məsələn, dağ çiyələyini özünüz evdə də yetişdirə bilərsiniz.
Çiyələkləri əkməzdən əvvəl təbii ki, dibçək seçimi əhəmiyyətlidir. Hər dibçəkdə çiyələk yetişdirmək olmaz. Çiyələk əkəcəyiniz dibçək böyük olmalıdır. Çiyələk kök atacağı üçün kənarlarında dəliklər olmalıdır. Bununla yanaşı, çiyələyi əkdiyiniz qabı müəyyən yüksəklikdə saxlamalısınız.
Çiyələk hər mövsüm əkilə biləcək xüsusiyyətə malik meyvədir. Lakin mart və sentyabr aylarında əkəcəyiniz çiyələk daha asan və tez yetişəcək. Çiyələyin torpağı nəmli olmalıdır və günəş almalıdır. Nəmsiz və günəşsiz mühitdə yetişən çiyələklər turş və dadsız olur. Ancaq həddindən artıq suya məruz qalan çiyələk çürüyə bilər. Buna görə də torpağın nəm tarazlığı yaxşı tənzimlənməli, dibçəyin kənarında suyun çoxluğunu aradan qaldıran dəliklər olmalıdır.
Xəbəri paylaş
8448 dəfə oxunub.
Digər xəbərlər

20-03-2017, 21:54
Göyərtəsində 44 sərnişin olan təyyarə qəzaya uğradı - VİDEO
7-04-2017, 12:08
Məscidlərin həyətində namaz qılmaq qadağandır? - Rəsmi AÇIQLAMA
10-05-2016, 16:21
Heydər Əliyevin cızdığı bu yol - Ərəb mediası
28-11-2015, 21:49
Biləsuvarda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
7-11-2020, 13:14
Mehriban Əliyevadan işğaldan azad edilmiş kəndlərlə bağlı PAYLAŞIM
14-10-2015, 13:17
Sülhməramlılarımız Əfqanıstana yola salındı
11-06-2023, 10:28
Namiq xanımı və övladından DANIŞDI: "Telefonumun kodunu..."
31-03-2017, 09:58
AZƏRBAYCANLI APARICININ AİLƏSİNDƏ XOŞ GÜN – FOTO
10-10-2017, 15:13
Bakıdakı masaj salonunda gizli çəkiliş: "Xanım sizi bir saat masaj edir, sonra..." - VİDEO
7-07-2022, 12:08
Azərbaycanda məktəb bufetlərində yoxlamalara başlanılır