Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Messi ilə danışmaq Argentina prezidenti ilə görüşməkdən çətindir”
Tarix: 31-03-2017 | Saat: 17:53
Bölmə:Karusel / İdman | çapa göndər

“Messi ilə danışmaq Argentina prezidenti ilə görüşməkdən çətindir”

Əfsanəvi argentinalı futbolçu Dieqo Armando Maradona “Barselona”nın hücumçusu Lionel Messiyə FİFA tərəfindən verilən 4 oyunluq cəzanın aladılmasını istəyir.

"Xəbəraz.az " “Qafqazinfo”ya istindən xəbər verir ki, bu barədə veteran futbolçu Argentina mətbuatına açıqlamasında özü verib. O, Messiyə verilən cəzanı düzgün hesab etmədiyini və buna görə FİFA prezidenti Canni İnfantio ilə danışacağını deyib.

“Canni İnfanino mənim dostumdur və onunla bu məsələ haqda danışacam. Dörd oyunluq cəza həddən artıqdır. Messinin üçün FİFA-ya göndərilən etiraz məktubunda yazılan sözlər də olduqca önəmlidir. Məncə, bu vəziyyət dəyişə bilər”.

Maradona bu hərəkətindən sonra Messi ilə danışa bilmədiyini deyib: “Messi ilə danışmaq? Əlbəttə ki, yox. Onunla danışmaq Argentina prezidenti ilə görüşməkdən çətindir. Bir neçə dəfə danışmaq üçün zəng etmişəm, amma mənə cavab verməyib”.

Qeyd edək ki, Messi DÇ-2018-in seçmə mərhələsində Çili ilə oyunda yan xətt hakiminin həm özünü, həm də anasını söydüyü üçün 4 oyunluq cəzalandırılıb.


Xəbəri paylaş

6638 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___