Güclü küləyin sağlamlığa 7 MƏNFİ TƏSİRİ
Tarix: 31-03-2017 | Saat: 10:45
Bölmə:Karusel / Gündəm / Səhiyyə | çapa göndər
Hələ dahi Hippokrat və Parasels elmi əsərlərində havanın insan sağlamlığına ciddi təsirini qeyd edirdilər. Müasir tibb də havanın insan sağlamlığına olan təsirini təsdiqləyir. Yağış, güclü külək, hava temperaturunun və atmosfer təzyiqinin kəskin dəyişilməsi əksər insanların sağlamlığına təsirsiz ötüşmür.
Müasir elmi araşdırmalar güclü küləyin sağlamlığımıza olan mənfi təsirini sübut edir. "Xəbəraz.az " saglamolun.az-a istinadən həmin mənfi təsirləri sadalayır.
1. Alimlərin fikrinə görə, güclü külək insanın sinir sisteminə və psixikasına olduqca ciddi təsir edir, müxtəlif pozulmaların və xəstəliklərin kəskinləşməsinə səbəb olur. Belə ki, güclü külək baş ağrılarına, başgicəllənməsinə, miqrenə, depressiyanın kəskinləşməsinə səbəb ola bilər. Küləkli hava ruhi xəstələrin vəziyyətini ağırlaşdırır, belə havada intiharların sayı artır.
2. Küləkli hava insanın yuxusuna da təsir edir - gecə vaxtı insan yuxusuzluqdan əziyyət çəkir, günorta yuxulu, süst olur.
3. Güclü külək ürək-damar sisteminin normal fəaliyyətini də pozur. Nəticədə ciddi ürək-damar sistemi xəstəlikləri olan insanlarda ürək tutmalarının və infarktın riski artır.
Lakin hətta sağlam insanlar küləkli havada ürək nahiyəsində narahatçılıq, nəbzin artması kimi simptomlları qeyd edirlər.
4. Külək həmçinin mədə-bağırsaq sisteminə də təsir edir - köp, qarın ağrısı kimi simptomlar əmələ gələ bilər.
5. Tənəffüs sitemi xəstəliklərindən əziyyət çəkən insanlarda xəstəliyin kəskinləşməsi mümkündür. Yaponiya alimləri araşdırmalar nəticəsində aşkar ediblər ki, güclü külək astma tutmalarının riskini artırır.
6. Oynaqlar da küləyə reaksiya verir - oynaqlarda ağrılar əmələ gələ bilər.
7. Güclü külək insanın əhvalına mənfi təsir edir - insan daha əsəbi və səbirsiz olur, əhvalı tez-tez dəyişir.
Xəbəri paylaş
6118 dəfə oxunub.
Digər xəbərlər

1-04-2016, 11:56
“Windows 10” istifadəçilərinin sayı 270 milyonu ötüb
4-06-2017, 13:56
Dövlət qulluğuyla bağlı YENİLİK - Bundan sonra...
21-12-2020, 21:55
MELİSA GROUP-un işçisi: Əmək haqqını kartla vermirlər!
5-12-2016, 14:32
Azərbaycanda 3 yaşlı qız faciəvi şəkildə öldü
7-02-2021, 03:02
“Azəriqaz”ın yeni sayğac sevdasının gizlinləri... - “Sanki yeyinti üçün yeni bir yer axtarırlar”
26-11-2017, 09:02
Bakı məktəbində YENİLİK - Müəllim dərsi döşəmədə izah edir - VİDEO
31-08-2023, 14:16
iPhone 15 bu qiymətə olacaq – MƏBLƏĞ AÇIQLANDI
17-05-2022, 12:04
Tatlısəsin qızı nişanlandı - VİDEO
19-12-2018, 17:51
Televiziya aparıcıları hansı səhvləri edir?
21-01-2016, 00:54
ƏXLAQSIZ ROLA ÇƏKİLƏN MODELİN BAŞI KƏSİLƏCƏK - FOTO