İbtidai sinif dərsliklərindən lazımsız məsələlər çıxarılacaq
Tarix: 30-03-2017 | Saat: 11:40
Bölmə:Karusel / Gündəm / Təhsil | çapa göndər
İbtidai sinif dərsliklərindən şagirdlər üçün əhəmiyyətinə görə ikinci dərəcəli hesab olunan, eləcə də onlar üçün ağır sayılan terminlər çıxarılacaq.
"Xəbəraz.az " xəbər verir ki, bunu Trend-ə Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov ibtidai siniflərin "Azərbaycan dili" dərsliklərinə məzmun baxımından səlis olmayan şeirlərin, "Musiqi" və "Təsviri incəsənət" dərsliklərinə isə ağır terminlərin daxil edilməsinə münasibət bildirərkən deyib.
O bildirib ki, məzmun baxımından səlis olmayan şeirlərin dərsliklərə daxil edilməsi halları var: "Şəkildə də, poetik və ya nəsr mətndə də belə hal ola bilər. Ümumiyyətlə, dünyada ideal dərslik yoxdur. Dərslik yazmaq və hamının tələbini ödəmək, hamını razı salmaq çox çətindir".
Dərsliklərə bəzi lazımsız terminlərin daxil edilməsi ilə də razılaşan A.Əhmədov qeyd edib ki, Təhsil Nazirliyi tərəfindən 3-cü dəfə qəbul olunması məqsədilə hazırlanan "Ümumi təhsil pilləsinin yeni dövlət standartları" layihəsində belə hallar tədricən aradan qaldırılır:
"Yeni standartlarda biz onları çıxarmışıq. Çalışmışıq ki, standartları yüngülləşdirək. Proqramlar da yazılanda onlar hamısı nəzərə alınacaq. Ancaq belə başa düşmək lazım deyil ki, "Musiqi" dərsi mahnı oxumaq, "Təsviri incəsənət" dərsi şəkil çəkmək dərsidir. Xeyr, belə deyil. Bu fənlərin məqsədi tamam başqadır".
A.Əhmədov qeyd edib ki, "Musiqi" və "Təsviri incəsənət" fənlərinin məqsədi şagirdlərin estetik tərbiyəsini formalaşdırmaq, eyni zamanda şagirdlərin Azərbaycan mədəniyyəti, incəsənəti, bu sahənin tanınmış şəxsiyyətləri haqqında məlumat dairəsini genişləndirilməkdir:
"Biz həm də şagirdin şəxsiyyət kimi formalaşdırılmasından danışırıq. Şəxsiyyət o demək deyil ki, o, fizikanı, riyaziyyatı bilir. Onun başqa keyfiyyətləri də olmalıdır. Uşaq bilməlidir ki, kvartet, orkestr, trio nədir. Bu, onun ümumi dünyagörüşünə təsir edir".
Xəbəri paylaş
1 0098 dəfə oxunub.
Digər xəbərlər

1-09-2016, 22:42
Qəbələdə 53 nəfər təxliyə edildi
26-04-2016, 14:40
Cinayətkar dəstə ifşa olundu
11-03-2023, 11:33
Bakıda sərnişin "Prius" sürücüsünü bıçaqla hədələdi
22-08-2015, 12:17
Bakıda qadın döyülərək zorlandı
1-08-2020, 15:43
Fuad Qəhrəmanlının saxlanıldığı yer məlum oldu
27-11-2015, 22:16
Azərbaycanlı qızın “bakirəliyinin alıcısı” psixi xəstədir
17-08-2018, 12:27
Bakıda “avtobus manyakı” peyda olub: Bıçağı qarnınıza soxacağam
14-11-2015, 23:45
“Xəzər Lənkəran”ın məşqçisi evləndi - Foto