Sərnişinin həyatını xilas edən sürücü mükafatlandırıldı
Tarix: 29-03-2017 | Saat: 21:29
Bölmə:Karusel / Gündəm / Hadisə | çapa göndər
Sərnişinin həyatını xilas edən sürücüyə Bakı Nəqliyyat Agentliyi tərəfindən mükafat olaraq “Təşəkkürnamə” verilib.
Avtobusda qəflətən halı pisləşən sərnişinə ilk tibbi yardım göstərən sürücü Zakir Akif oğlu Həsənov ilə martın 29-da Bakı Nəqliyyat Agentliyində görüş təşkil edilib.
Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli bildirib ki, “BakuBus” MMC-nin sürücüsü Zakir Həsənovun xidməti vəzifəsini yerinə yetirərkən göstərdiyi nümunəvi hərəkət təqdirəlayiqdir. Bu gün ictimai nəqliyyatda xidmət göstərən sürücü nəqliyyat vasitəsini idarə etməklə yanaşı, sərnişinlərin rahatlığı və təhlükəsizliyi üçün zəruri bilik və bacarıqlara da malik olmalıdır.
Baş direktor qeyd edib ki, sürücülərin bu istiqamətdə maarifləndirilməsi və praktik təlimlərə cəlb edilməsi ilə bağlı Bakı Nəqliyyat Agentliyi daşıyıcılar qarşısında qanunvericilikdən irəli gələn tələblər qoyub. Agentliyin Sürücü Təlim Mərkəzi istifadəyə verildikdən sonra bu sahədə nəzərdə tutulan tədbirlər daha təkmil formada həyata keçiriləcək.
Sonda sürücü Zakir Həsənova Bakı Nəqliyyat Agentliyinin baş direktoru adından təşəkkürnamə təqdim edilib. Sürücü ona göstərilən diqqətə görə minnətdarlığını bildirib. Vurğulayıb ki, tibbi yardıma ehtiyacı olan sərnişinə ilk yardım göstərməklə, üzərinə düşən vəzifəni və insanlıq borcunu yerinə yetirib.
Xatırladaq ki, martın 26-da “BakuBus”a məxsus 8 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusda sərnişinin halı qəflətən pisləşib. Bu zaman sürücü avtobusu saxlayaraq halı pisləşmiş sərnişinə yardım edib. Sürücü huşunu itirən sərnişini avtobusun salonundan kənara çıxararaq, avtobusda olan tibbi yardım vasitələrindən istifadə etməklə ona ilk tibbi yardımı göstərib. Bundan sonra sürücü sərnişini əraziyə çağırılmış təcili tibbi yardım əməkdaşlarına təhvil verib.
Xəbəri paylaş
6888 dəfə oxunub.
Digər xəbərlər

9-07-2017, 15:31
Rəqqasə Aygün "Oriental" -a klip çəkdirir - FOTO
16-07-2016, 14:37
Ankarada böyük mitinq başladı
4-12-2020, 12:17
Azərbaycan xalqı yeni müharibəyə başlasın!
6-07-2016, 00:11
Azərbaycan ən təhlükəsiz dövlətlərdən biridir - İsrail
11-01-2019, 15:23
Çin "kitayski" İslam dini yaradır
19-05-2017, 13:31
Şimşək çaxacaq, intensiv yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
19-09-2016, 14:39
18 yaşlı qız 3 ildir əl-ayağı bağlı halda yaşayır...
24-04-2022, 11:59
Bakıda yaşayan provaslavlar Pasxa bayramını qeyd edir - FOTOREPORTAJ
28-09-2022, 10:53
Bakıda 38 yaşlı kişi QƏTLƏ YETİRİLDİ