Avtobusların zolağına keçən sürücülər belə cəzalanacaq
Tarix: 29-03-2017 | Saat: 19:27
Bölmə:Karusel / Gündəm | çapa göndər
Bakı Nəqliyyat Agentliyi (BNA) 36 küçə və prospektdə avtobuslar üçün xüsusi hərəkət zolağının çəkilməsini təklif edib. "Xəbəraz.az ""APA-Economics"ə istinadən xəbər verir ki, bunu BNA-nın baş direktoru Vüsal Kərimli bildirib.
Onun sözlərinə görə, ilkin olaraq 9 küçə və prospektdə bu zolağın çəkilməsinə razılıq verilib. V.Kərimli xatırladıb ki, avtobuslardan başqa, operativ nəqliyyat vasitələri, o cümlədən təcili tibbi yardım maşınları da bu zolaqlardan istifadə edə biləcək.
Həmin zolaqlardan taksilərin istifadəsinə gəlincə, qurum rəhbəri bunu deyib: "Bakıdakı taksi məsələsi ilə bağlı pərakəndə vəziyyət mövcuddur. Buna görə, biz vahid taksi sisteminin yaradılması ilə bağlı təklif irəli sürümüşük. Bəzi taksilər "A" nöqtəsindən "B" nöqtəsinə aparmaq üçün dolayı yollardan istifadə edir. Taksi bazası yaradıldıqdan sonra taksilər onlara verəcəyimiz xətlə istifadə edəcəklər. Əks halda istənilən şəxs avtomobil damına taksi işarəsi qoyub həmin yoldan istifadə edəcək. Bu məsələdə vətəndaşlarımızın da üzərinə məsuliyyət düşür. Gərək vətəndaşlarımız fərqlənmə nişanı olmayan taksilərdən istifadə etməsinlər".
V.Kərmili xüsusi hərəkət zolaqlarından istifadə hüququ olmayan digər nəqliyyat vasitələrinə tətbiq ediləcək cəza tədbirlərinə də toxunub. Onun sözlərinə görə, BNA ilə Baş Dövlət Yol Polisi (BDYP) arasında memorandum imzalanıb. Memorandumun şərtlərinə əsasən, xüsusi hərəkət zolaqlarından istifadə edən nəqliyyat vasitələrinin fotoları BDYP-yə göndəriləcək və onlar barəsində müvafiq cəza tədbiri görüləcək.
Xəbəri paylaş
6918 dəfə oxunub.
Digər xəbərlər

22-09-2022, 11:12
Oğlunun şad gününə hazırlaşan şəhid atası: "Hiss edirdim ki, toyu olmayacaq" - VİDEO
13-06-2020, 12:37
Mingəçevirdə qəza - Ölən və yaralananlar var
17-04-2021, 22:55
Aclıq aksiyası keçirən Hüseyn Abdullayevdən XƏBƏR VAR
13-12-2021, 15:43
Bakıda cibgirlik edən şəxslər saxlanıldı - VİDEO
20-07-2016, 01:09
Cəlilabadda şok olay : 35 yaşlı şəxs 13 yaşlı uşağı bıçaqlayıb
3-04-2018, 17:33
Məşhur ginekoloq Səbinə Mirzəyeva vəfat etdi
24-06-2015, 16:19
Şadlıq evlərinə kiflənmiş kolbasa satılıb Sumqayıtda
15-07-2017, 18:02
Vüsalə Əlizadənin ailəsində toydur