11 ildən sonra gözlənilən ilk transfer
Tarix: 29-03-2017 | Saat: 13:22
Bölmə:Karusel / İdman | çapa göndər
“Çelsi” rəhbərliyi baş məşqçi Antonio Konte ilə yeni müqavilə imzalamağa hazırlaşır. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, təcrübəli mütəxəssis həm bunu, həm də yeni transfer məsələsini müzakirə etmək üçün klubun sahibi Roman Abramoviçlə görüşüb.
Yeni sazişə ilkin razılıq verən təcrübəli mütəxəssisin Abramoviçdən istədiyi ilk futbolçu “Arsenal”ın hücumçusu Aleksis Sançes olub. Baş məşqçi Arsen Vengerlə yola getmədiyi və yeni müqavilə üçün maaşının artırılmasını tələb edən çilili futbolçunun yayda “Arsenal”dan ayrılması gözlənilir. Həftəlik məvacibi 130 min funt-sterlinq olan Sançes “topçular”dan 250 min tələb edir. “Arsenal”dan fərqli, “Çelsi” bu məbləği ona verməyə hazırdı. Ancaq PSJ, “Yuventus” və “İnter”in də 28 yaşlı ulduz futbolçunun keçidində maraqlı olmaları “zadəganlar”ın işini çətinləşdirir.
“Arsenal” rəhbərliyi yeni müqaviləyə razılıq verməyəcəyi təqdirdə, onu 55 milyon avroya satmağı planlaşdırır. Çünki futbolçunun klubla anlaşma müddəti gələn ilin yayına qədərdi. Bu keçid baş tutarsa, “Çelsi” 2006-cı ildən sonra ilk dəfə Londonun digər təmsilçisi “Arsenal”dan oyunçu almış olacaq. Sonuncu dəfə 11 il əvvəl Eşli Koul “kanonirlər”i “mavilər”ə dəyişib.
Qeyd edək ki, Antonio Kontenin transfer siyahısındakı digər futbolçular David Alaba (“Bavariya”), Aleks Sandro (“Yuventus”), Romelu Lukaku (“Everton”) və Aleks Moratadı (“Real”).
Xəbəri paylaş
6368 dəfə oxunub.
Digər xəbərlər

11-12-2017, 10:26
Bakıda gənc oğlan metroda qatar relsinə yıxıldı
18-05-2015, 12:24
Rayon maşınlarının Bakıya daxil olmaması üçün
21-07-2015, 21:13
İranda sel binanı belə apardı (VİDEO)
9-06-2022, 11:38
Azərbaycanda fəhlə bir yumruqla iş yoldaşını öldürdü
16-12-2016, 01:27
Binəqədidə yanğın 8 ailəni evsiz qoydu
13-01-2018, 19:44
Sıla sevgilisini SİLDİ
20-02-2016, 21:12
Misirli aktrisa: "İŞİD liderini öldürəcək adamla evlənəcəm" (FOTO)
23-03-2017, 23:28
21 yaşlı model pula görə soyundu - Fotolar