Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Onları cavab vermədən susdururam”-Müsahibə
Tarix: 27-03-2017 | Saat: 19:58
Bölmə:Karusel / Şou-Biznes / Foto-fakt / Müsahibə | çapa göndər

“Onları cavab vermədən susdururam”-Müsahibə
"Xəbəraz.az " xəbər verir ki, Xalq artisti, səhnəmizin divası Aygün Kazımova Showxeber.Az saytının “Tet-a-Tet” rubrikasının qonağı olub.
Son zamanlar qalmaqallardan uzaq gəzən müğənni Novruz bayramını necə qarşılamasından, konsert hazırlıqlarından, yeni mahnısından və başqa mövzulardan danışıb.
Aygün Kazımova ilə olan müsahibəni oxucularımıza təqdim edirik:
– Aygün xanım bayramı necə qarşıladı?
– Novruz bayramını Qəbələdə qeyd etdim. Oraları silib-süpürdüm, yaba ilə zibilləri təmizlədim, inəkləri sağdıb naxıra yola saldım, ağacları qucaqladım. Bir sözlə, təbiətdən maksimum dərəcədə enerji aldım və geri döndüm.
– Bayram adət-ənənələrindən hansılarına əməl etdiniz?
– Yeməyə aid nə varsa hamısına riayət etmişəm. Bayram şənliklərində çıxışlarım oldu. Amma heyf ki, qapı pusmaq, papaq atmaq kimi adətlərimizə əməl etmək imkanım olmadı.
– Siz daima formada qalmağa çalışırsınız. Amma deyəsən bu dəfə pəhrizə əməl etməmisiniz.
– Bəli, pəhrizi az da olsa pozmuşam. İki paxlava və iki şəkərbura yemişəm. Yeməsəydim ürəyim partlayardı. Bu ildə bir dəfə olur. Hər gün şəkərbura yemirik axı.
– Fikrinizcə, yeni mahnınız “Gecələrdə” dinləyicilər tərəfindən sevildi?
– Yeni mahnı sözün eşidən kimi elə bildim ki, Kazım Sübhan artıq sizə bu haqda məlumat verib. Öldürəcəkdim onu (gülür). Hər zaman dediyim kimi mahnını eşitdiyim gündən çox sevmişdim. Ona görə də ifa etdim. Məncə, mahnı alındı. Çünki sənət adamlarında hissiyyat güclü olur.
Onu da deyim ki, Elçinlə mənim ifam biri-birindən fərqlənir. Əsas odur ki, sevə-sevə oxumuşam. “Gecələrdə” mahnısının video görüntüsünü də hazırlayacağıq.
– Deməli yeni mahnı üzərində işlər gedir.
– Mahnı haqqında ilk məlumatı elə sizə verim. Dünən studiyada lentə aldıq. Mahnının musiqisi Faiq Sücəddinova, sözləri Cəlal Qurbanova aiddir. Qeyd edim ki, lirik mahnı olacaq. Yaxın günlərdə təqdim edəcəyik.
– Aygün Kazımova son vaxtar qalmaqallardan uzaq gəzir. Bu nə ilə əlaqəlidir? Ola bilərmi ki, yorulmusunuz?
– Qalmaqallı hər hansı bir hadisə görmürəm. Düzdür, hərdən bir neçə məqam olur ki, söz-söhbətlərin başlamasına gətirib çıxara bilər, amma mən buna şərait yaratmıram.
Bu qalmaqalları yaratmaq istəyənlərində məqsədi bəllidir. Köhnəlmiş söhbətləri gündəmə gətirməyə çalışırlar. Onları cavab vermədən susdururam.

– Köhnəlmiş söhbətlər demişkən, son zamanlar tanınmışlar arxiv videolarını və uğursuz şəkillərini gündəmə gətirirlər. Sizcə, bunu edənlərin məqsədi nədir?
– Əgər uğursuz kadrlar müğənni tərəfindən sildirilməyibsə bu, o şəkili və ya videonu çəkənə olan inamından irəli gəlir. İllər sonra gündəmə gəlməsi isə heç də yaxşı məqsəd daşımır. Ola bilər ki, sənətçini gözdən salmaq üçün edilir ya da kadrları yayan qurumun reklam olunmaq arzusundan irəli gəlir. Məncə, buna görə əhvalını pozmağa dəyməz.
Uğursuz şəkillər hamıda olur. Mən bu mövzuda ciddiyəm. İstəyirəm ki, məni hər zaman gözəl görsünlər.
– Bir neçə ay sonra konsert proqramı ilə çıxış edəcəksiniz. Hazırlıqlar necə gedir?
– Hazırlıqlar çox gözəl gedir. Konsert öncəsi ilk özümə zülm verirəm sonra isə komandama. Ona görə də ilk özümdən başlamışam. Rejimimi tamam dəyişmişəm. Konsertlə bağlı Moskvaya yola düşürəm. Daha ətraflı geri dönən zaman açıqlama verəcəyəm.
– Bilirik ki, Aygün xanım konsert haqda düşündüsə pərəstişkarlarına böyük şou təqdim edəcək. Geyim və səhnə tərtibatı xaricilərə məxsus olacaq?
– Komandanın əsas hissəsi xaricilərdir. Rejissor fransız, səs rejissoru ingilis, layihənin prodüseri isə gürcüstanlıdır.
Bu dünya standartlarında bir konsert olacaq. Ona görə də sırf peşəkarları bu işə cəlb etmişəm.
– Sürpriz qonaq gözlənilir?
– Hər an gözlənilməz nə isə ola bilər. Bu haqda danışmaq tezdir. O mərhələdə deyilik.
30 il ərzində ifa etdiyim mahnılar yenidən aranjiman olunmalıdır. Mahnı seçimində çox çətinlik çəkirik. 18 ifa olacaq, amma 118 hit mahnı var. İstəyirəm ki, bu konsertdən hər kəs nə isə götürə bilsin.
– 30 il çox uzun müddətdir. Bu zaman ərzində xalq artisti sənətin bütün incəliklərinə yiyələnə bilib?
– Bəlkə də deyəcəklərim kimin üçünsə gülməli səslənəcək. Amma mən hələ də vokal üzrə peşəkar dərsləri almaq üçün Moskvaya səfər edirəm. Sənətçi hər zaman öz üzərində çalışmalıdır və inkişaf etməlidir.
– İllər öncə yazılan bəstələri ömürlük saymaq olar. İstənilən zaman dinləmək mümkündür. Amma son zamanlar təqdim olunan hitlər 3-5 aydan sonra unudulur.
– Sizə deyim ki, 90-cı illərdə oxuduğum mahnılara görə də məni qınayırdılar. Deyirdilər ki, bu nə mahnıdır oxuyursan? O dövrlər heç kim demədi ki, Aygün xanım bu ömürlük bəstədir. Onu zaman göstərir. Vaxt keçdikdən sonra bilirik ki, mahnı tarixdə və qəlblərdə qalıb ya yox.
Həmin illərdə “Mən Aygünəm” oxuya bilməzdim. Məni daşa basardılar. Ona görə də 2000-ci illərdə ifa etdim.
– Ölkəmizdə konsert proqramı ilə çıxış edən xarici ulduzlara münasibətiniz necədir?
– Bu, çox gözəl haldır. Xarici ulduzların Azərbaycana gəlişi ölkəmizin tanınması üçün edilir. O müğənnini sevənlər harda konsert verməsi haqda maraqlanan zaman qarşılarına vətənizim adı çıxır.
“Onları cavab vermədən susdururam”-Müsahibə


Xəbəri paylaş

1 2388 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___