"Azarkeşlər Azərbaycanı dünya çempionatında görmək istəyirlər" - Lövün köməkçisi
Tarix: 26-03-2017 | Saat: 18:52
Bölmə:Karusel / İdman | çapa göndər
Almaniya millisinin baş məşqçisi Yoahim Lövün köməkçisi Markus Sorq bu gün Azərbaycan millisinə qarşı keçiriləcək DÇ-2018-in oyunu ilə bağlı fikirlərini bildirib.
Almaniya Futbol İttifaqının saytına müsahibəsində o, komandadakı durum barədə fikirlərini açıqlayıb.
- Məsut Özil dünənki məşqdə iştirak etdi. Onun durumu necədir?
- Son məşqə Özil də daxil olmaqla, bütün 21 futbolçumuz qatıldı. O, hər hansı bir diskomfort hiss etmədi.
- Oyuna bütün bilet satılıb. Bütün Bakı dünya çempionları ilə bugünkü matçı gözləyir. Bəs sizin bu oyundan gözləntiniz nədir?
- Azərbaycan yaxşı komandadır. Onların güclü tərəfləri var. Bunu bu seçmə mərhələdə qrupdakı oyunda da göstərdilər. 3 oyunda qapılarını toxunulmaz saxlamağı bacardılar. Norveçə qalib gəldilər (1:0), çexlərlə heç-heçə (0:0) etdilər. Hazırda komanda qrupda üçüncüdür və yerli azarkeşlər millilərini dünya çempionatında görmək istəyirlər. Buna görə də biz ilk dəqiqədən diqqətli olmalıyıq. Biz oyuna nəzarəti itirməməliyik. Biz bugünkü görüşə hazırıq.
- Şimali İrlandiya Azərbaycana 4:0 hesabı qalib gəldiyi oyunda 3 qolu standart vəziyyətdən vurub. Məşqlərdə bu amili nəzərə almısınız?
- Əlbəttə, Şimali İrlandiyanın özünün oyun standartları var. Bizim taktikamız isə fərqlidir. Bizim gücümüz bütün oyuna nəzarət etməyə imkan verir. Ona görə də bundan maksimum istifadə edib istədiyimiz nəticəni qazanmalıyıq.
Xəbəri paylaş
6548 dəfə oxunub.
Digər xəbərlər

30-05-2017, 14:03
Birinci vitse-prezident Mehriban Əliyeva məcburi köçkün ailələri üçün yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak edib
1-01-2017, 14:23
Özünü bayram gecəsi öldürdü - AZƏRBAYCANDA DƏHŞƏTLİ HADİSƏ
12-08-2020, 13:10
Bir fotonun göndərdiyi diplomatik mesaj - Ülvi Quliyev
20-06-2018, 17:48
Lerikdə tükürpədən olay - Məmur qohumu 7-ci sinif şagirdini zorlayıb?
13-11-2022, 13:04
Mütəxəssis: Nar və nar şirəsi xərçəng hüceyrələrini məhv edir
6-10-2016, 10:20
Azərbaycan Ordusunun əsgəri şəhid olub
9-02-2023, 11:36
Bakıda oğul bayram günü atasını döyə-döyə öldürdü - TƏFƏRRÜAT
8-03-2016, 12:02
Ata "iPhone" almaq üçün qızını satışa çıxardı
18-11-2015, 17:51
Ziya Bayramov K-1 üzrə dünya çempionu oldu - FOTO