“Ronaldoya qarşı oynamaq ən böyük arzumdur” - Millimizin yarımmüdafiəçisi
Tarix: 26-03-2017 | Saat: 13:43
Bölmə:Karusel / İdman / Müsahibə | çapa göndər
Millimizin və "Boavişta"nın futbolçusu Emin Mahmudov müsahibə verib.
“Qafqazinfo” həmin müsahibəni təqdim edir:
- Azərbaycan millisindəki ilk oyununuzu necə xatırlayırsız?
- Debüt matçım ötən il San Marino ilə qarşılaşmaya təsadüf edib. Əvvəllər Rusiya millisinin aşağı yaş qruplarından ibarət yığmalarında çıxış etmişdim. İkili vətəndaşlığım var.
- Milli komandanı dəyişməyinə nə səbəb oldu?
- Rusiyanın U-15 millisindən başlayaraq 21 yaşadək yığmalarında çıxış etmişəm. Ancaq sonradan Azərbaycan millisindən gələn təklifi qəbul etdim. Burada artıq 3 oyuna çıxmışam.
- Uyğunlaşmaqda problem olmadı?
- Hər hansı bir problem olmadı. Qısa zamanda uyğunlaşa bildim. Düzü, Rusiyada da çıxış etmək mənə rahat idi. Ancaq indi də hər şey qaydasındadır. Azərbaycan millisində özümü rahat hiss edirəm. Baş məşqçimiz texnikalı futbola üstünlük verir. Bu da mənə uyğundur.
- Bəs, Almaniya ilə oyundan nə gözləyirsiz?
- Bizi çətin oyun gözləyir. Almanlar dünyanın ən güclüsüdür. Bunu heyətlərinə baxarkən də bilmək mümkündür. Buna görə də üzərimizdə təzyiq yoxdur. Belə olan halda hər şey edə bilərik. Bütün oyunlara qələbə üçün çıxırıq. Zamanla inkişaf edirik. Bunun üçün səbirli olmaq lazımdır.
- Ən böyük arzun nədir?
- Milli komanda ilə Avropa və dünya çempionatının final mərhələsində çıxış etmək.
- Portuqaliya Avropa çempionu olanda nə hiss etdin?
- Finalda Portuqaliyaya azarkeşlik edirdim. Çünki Kristiano Ronaldonu çox bəyənirəm. Öz üzərində daim işləyən və hazırkı səviyyəsinə layiq olan bir futbolçudu. Bir gün ona qarşı oynamaq ən böyük arzularımdan biridir.
Xəbəri paylaş
6458 dəfə oxunub.
Digər xəbərlər

18-03-2015, 21:29
Mini geyinən qızın sevgi dramı
14-07-2021, 20:26
DİQQƏT: Bu əlamətlər varsa Delta-ya yoluxmusunuz
30-12-2015, 14:50
Pasport almaq istəyənlərə şad xəbər
8-02-2019, 10:54
İstanbulda ölənlərin sayı 11 nəfərə çatdı
27-05-2019, 11:23
Ramazan ayının 22-ci gününün DUASI
19-06-2015, 16:40
Qadin erine siqareti tergitmeyin yeni usulun oyretdi
20-07-2016, 01:59
Qadınların həyatlarını çətinləşdirən səhvləri-mütəxəssis fikri
22-10-2018, 14:37
İCRA BAŞ İDARƏSİNİN RƏİSİ NURƏDDİN MUSTAFAYEVİN ƏMƏLLƏRİNDƏN PREZİDENTƏ MÜRACİƏT-YENİLƏNDİ Xəbərin çap versiyası
5-07-2016, 11:10
Eks-deputatın ikinci qızı da əcnəbiyə ərə gedir