"Əlimizdən gələni edəcəyik ki, yaxşı nəticəyə imza ataq" - Rəşad Sadıqov
Tarix: 25-03-2017 | Saat: 20:58
Bölmə:Karusel / İdman | çapa göndər

Millimizin kapitanı Rəşad Sadıqov DÇ-2018-in seçmə mərhələsində Almaniya ilə oyun öncəsi fikirlərini bildirib.
Matç öncəsi keçirilən mətbuat konfransında Almaniyanın dünyanın ən güclü komandası olduğunu deyib: "Qrupda növbəti oyuna çıxacağıq. Yaxşı komandaya qarşı oynayacağıq. Almaniya dünyanın ən güclü komandasıdır. Əlavə nəsə danışmağa ehtiyac yoxdur".
R.Sadıqov oyuna ciddi yanaşdıqlarını söyləyib: "Əlimizdən gələni edəcəyik ki, sabah maraqlı oyun olsun və yaxşı nəticəyə imza ataq. Rəqibdən rəqibə də fərq var. Almaniya isə həm atletik, həm texniki cəhətdən yaxşı oynayır. Kiçik səhvi belə bağışlamırlar. Əslində çox danışmaq yox, meydanda oyunumuzu göstərməliyik".
Millimizin kapitanı sabah azarkeşlərin çox olmasının onlara necə təsir edəcəyi ilə bağlı sualı belə cavablandırıb: "Bu, bizə əlavə stimuldur. Futbolçularla da öz aramızda danışmışıq. Belə oyunlar üçün darıxmışdıq. Bizim üçün bir fürsətdir. Özümüzü yaxşı tərəfdən göstərməliyik".
R.Sadıqov Renat Dadaşova millimizdə oynaması qarşılığında 1 milyon avro verildiyi barədə Almaniya mətbuatında yayılan xəbərlərə də münasibət bildirib: "Düşünmürəm ki, kimsə bizim düşərgədə nəsə çaxnaşma yaratmaq istəyir. Təsdiqini tapmamış məlumatdır. Biz buna önəm vermirik. Renat çox perspektivli oyunçudur. Azərbaycan yığmasını seçməsi sevindirici haldır. Ola bilsin, kimsə onu ləkələmək istəyir. Renat insan kimi də yaxşı insandır. Düşünürəm ki, Azərbaycana olan məhəbbətindən bizim millini seçib".
Xəbəri paylaş
6878 dəfə oxunub.
Digər xəbərlər

30-10-2016, 15:30
Gül qoxusunun yaddaşımıza inanılmaz faydaları
30-07-2016, 10:40
Qoca əxlaqsız qadınlar bu evdə yaşayır - FOTOLAR
9-01-2016, 21:16
BTRİB-ə yeni direktor təyin edildi
11-09-2017, 14:02
Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılışı oktyabrın 28-də olacaq
25-07-2021, 15:41
Sabirabadda polis gözətçini öldürdü
25-04-2016, 13:28
Elektrik yarımstansiyasında faciə: ölən var
9-05-2017, 11:15
Keçmiş əri "Survivor" iştirakçısının çılpaq FOTOlarını yaydı - VİDEO
11-03-2017, 20:02
Bakı metrosundakı oğurluq anbaan lentə alındı - Video
27-06-2017, 10:11
Facebookun bizimlə keçirdiyi gizli sınaqlar - ARAŞDIRMA