"100 min manatlıq məhsul zay olur" - 10 gündür sərhəddə gözləyirlər
Tarix: 23-03-2017 | Saat: 19:12
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər
Rusiya gömrükçüləri həmin ölkənin bazarlarına satmağa apardığımız meyvə-tərəvəzlə dolu yük maşınlarımızı sərhəddə saxlayıblar. Bəhanə edirlər ki, guya biz Rusiya bazarlarına Azərbaycan məhsulu adıyla Türkiyə məhsulu aparırıq.
İş adamları AzadlıqRadiosu-na danışırlar ki, 10 gündən çoxdur, "Samur" gömrük keçid məntəqəsindən Rusiya bazarlarına satmağa apardıqları kənd təsərrüfatı məhsulları ilə dolu, azı, 50 yük maşını sərhəddə qalıb.
İşadamı Yusif Əliyev deyir, Rusiyaya Azərbaycana məxsus tonlarla kənd təsərrüfatı məhsulları aparır:
"Şəxsən özüm Zirə pomidoru vurmuşam. 100 min manatlıq məhsul bu dəqiqə zay olub getməkdədir. Öz məntəqəmizi keçmişəm, gəlib Rusiyanın buraxılış məntəqəsində ilişib qalmışam. Bir-iki gün də gözləsəm, 1 kilo da pomidor ələ gəlməyəcək. Hamı da mənim kimi narahatdır. Biri alma vurub, biri xiyar, biri göyərti... Hamısı xarab olur".
Digər sahibkar Elmidar Hüseynov: "Bəzi dələduzlar, həqiqətən də, bu aralar Türkiyə məhsullarını Azərbaycan məhsulu adıyla Rusiyaya keçirəndə ilişiblər. İndi onların əməlinin altını biz çəkirik. Məhsulumuza "türk malıdır" deyib saxlayıblar neytral zonada..."
Sahibkarlar kənd təsərrüfatı məhsullarıyla dolu yük maşınlarının hələ də neytral zonada gözlədiyini bildirirlər.
Qeyri-iş günləri olduğundan rəsmi qurumlardan məsələyə münasibət öyrənmək mümkün olmayıb.
Yada salaq ki, ötən dekabrda Bakıda səfərdə olan Rusiya baş nazirinin müavini Dmitri Roqozin gözlənilmədən Azərbaycan-Rusiya sərhədinə gedib və özünün bildirdiyinə görə, məqsədi "sərhəddə buraxılış-keçid məntəqəsinin işini yoxlamaq" olub. D.Roqozin bundan sonra yük maşınlarının sərhədi heç bir ləngitmə olmadan keçəcəyini söyləmişdi.
Xəbəri paylaş
6718 dəfə oxunub.
Digər xəbərlər

1-06-2022, 13:05
Bakıda bu marşrut üzrə gediş haqqı ARTIRILDI
1-10-2017, 14:43
Azərbaycanda yeni Fond yaradılacaq
30-09-2015, 23:54
Bakı-Quba yolunda ağır qəza: 2 nəfər ölüb - FOTO
19-06-2020, 13:38
Milli Məclisdə bəzi təhsil müəssisələri ilə bağlı layihə qəbul edildi
14-04-2015, 15:51
"Ərim məndən yüksək qonorar istəyir"
16-04-2015, 12:03
Elza Seyidcahan Roma Papasına şeir yazdı
19-08-2018, 13:00
Bədənizdəki xallar sizin haqqınızda nə deyir ?
10-06-2018, 18:23
“Ordumuz strateji yüksəklikləri azad edib” -POLKOVNİK
15-01-2019, 12:35
Məhkumlar aclıq aksiyası keçirir? – RƏSMİ AÇIQLAMA
28-11-2016, 17:06
İstanbul körpüsündə TERROR HƏYƏCANI: Yol bağlandı