Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Əzrayil (ə) Həzrət Musanın (ə) canını necə aldı?
Tarix: 22-03-2017 | Saat: 15:04
Bölmə:Karusel / İbadət | çapa göndər

Əzrayil (ə) Həzrət Musanın (ə) canını necə aldı?

Bir gün Əzrayil (ə) Həzrət Musanın (ə) yanına gəlir.
Musa (ə) soruşur: “Ziyarətim üçün gəlmisən, yoxsa ruhumu qəbz etmək üçün?”.
Əzrayil (ə) deyir: “Ruhunu qəbz etmək üçün”.
Musa (ə): “Mənə bir saat möhlət ver, övladlarımla xudahafizləşim”.
Əzrayil (ə): “Möhlət yoxdur”.
Musa (ə) səcdəyə düşür və Allaha yalvarır ki, ona övladları ilə xudahafizləşmək üçün möhlət versin.
Allah Təala Əzrayilə (ə) xitab edir: “Musaya (ə) möhlət ver!”. (Tebyan)
Əzrayil (ə) də möhlət verir və Musa (ə) anasının yanına gəlir və deyir: “Qarşıda səfərim vardır”. Anası deyir: “Nə səfərdir?”. Musa: “Axirət səfəridir”.
Anası bu sözlərdən ağlayır.
Musa (ə) həyat yoldaşının yanına gəlir və uşaqlarını onun yanında görür. Onlarla xudaрфfizləşir. Uşaqları atasının ətəyindən yapışıb, ağlayırlar və Musanın (ə) qəlbi də yanır, o da ağlayır.
Allah Musaya (ə) vəhy edir: “Ey Musa! Sən bizim dərgahımıza gəlirsən! Bu ağlamağın nə üçündür?”.
Musa (ə): “Ürəyim uşaqlarımın halına yanır”.
Allah: “Ey Musa! Onlardan ürəyini qopart. Mən onların qayğısına qalacağam və onları məhəbbət qucağımda böyüdəcəyəm”.
Musanın (ə) qəlbi sakitləşir və Əzrayilə (ə) deyir: “Canımı hansı üzvümdən alacaqsan?”.
Əzrayil (ə): “Ağzından”.
Musa (ə): “Vasitəsiz olaraq Allahı zikr etdiyim ağzımdan canımı alacaqsan?”.
Əzrayil (ə): “Əlindən”.
Musa (ə): “Tövratı tutduğum əlimdən?”.
Əzrayil (ə): “Ayağından”.
Musa (ə): “Allaha münacat üçün Tur dağına getdiyim ayaqlarımdan?”.
Əzrayil (ə) Musaya (ə) gözəl ətirli bir narıngi verir və Musa (ə) onu iyləyib can verir. Mələklər Musaya (ə) deyirlər: “Ey o kəs ki, peyğəmbərlər arasında ən rahat can vermişdir! Ölümü necə gördün?”.
Musa (ə) deyir: “Ölümü, qoyunun diri-diri dərisini soyan kimi gördüm”.(Deyerler.org)


Xəbəri paylaş

1 5798 dəfə oxunub.

Digər xəbərlər
7-03-2016, 11:30 Bu günün hava proqnozu

bütün xəbərlər
____ Instagram ___