Hollandiyada silahı bizə tuşlayıb... - Türk nazir
Tarix: 20-03-2017 | Saat: 13:16
Bölmə:Karusel / Siyasət / Dünya | çapa göndər
Qarşımızda polis var idi. Mühafizəçilərimizə “İrəli getsəniz, vurarıq” dedilər.
Bu sözləri Türkiyəni Ailə və Sosial Siyasət naziri Fatma Betül Qaya Hollandiya-Almaniya sərhədində yaşanan olayla bağlı “Sabah” qəzetinə müsahibə verərkən deyib.
“Qarşımızda polislər var idi. Bir nazirin həmsöhbəti polis ola bilərmi? Daha sonra biri bizi dayandırdı və passportumu götürdü. Bizə əvvəldən “Bu binaya girişiniz qadağan edilib, Almaniyaya geri qayıdacaqsınız” dedilər. Lakin məntiqi cəhətdən buna səbəb göstərə bilmədilər. Sonra polislərin sayı artdı. Bir neçə dəfə konsulluq binasına girməyə cəhd etsək də, alınmadı”, - nazir bildirib.
Betül Qaya onu da əlavə edib ki, xüsusi təyinatlı qüvvələrin gəlməsi ilə vəziyyət daha da gərginləşib:
“Xüsusi təyinatlılar gəlib mühafizəçilərimizi avtomobillərə söykəyib, üzərilərini yoxladılar və nəzarətə götürdülər. Avtomobillərimizə doğru silah tuşladılar. Güclü işıqlarla bizi psixoloji basqı altında saxlamağa çalışdılar. Bu vəziyyət 2 saat davam etdi. Hollandiyanın televiziyaları hadisə yerinə gəlmişdilər. Lakin Türkiyə mediası yaxın buraxılmırdı”.
Xatırladaq ki, Betül Qaya martın 12-də Hollandiya-Almaniya sərhədində saxlanılaraq, Rotterdam şəhərində yerləşən Türkiyə Konsulluğuna daxil olmasına icazə verilməyib.
Hollandiya polisi tərəfindən saxlanılan türk nazir və bərabərindəki heyətə 2 saat boyunca psixoloji təzyiq edilmiş və daha sonra onlar geri - Düsseldorfa qayıtmağa məcbur olmuşdular.
Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan isə Hollandiyanın bu addımının nasist siyasətindən fərqlənmədiyini vurğulamışdı.
Xəbəri paylaş
7298 dəfə oxunub.
Digər xəbərlər

3-08-2017, 10:02
Leyla Əliyeva qardaşının yubileyini belə təbrik etdi - Foto
29-08-2015, 21:14
Gülsara Rzayevadan qayalıqda- Fotosessiya
14-04-2018, 11:53
Zabratda soyğunçuluq edən 6 nəfər saxlanıldı
13-06-2016, 16:54
Əkbər Qoşalı daha bir ödül aldı - Foto
31-01-2019, 11:19
Ötən il Bakıda avtobusların iştirakı ilə 44 qəza olub - 23 nəfər ölüb
20-11-2018, 16:06
Sabah bu ərazidə işıq olmayacaq
30-08-2023, 10:58
Əri ölən qadın 16 yaşlı qaynını qaçırtdı - Sevirəm onu, ərim olacaq - VİDEO - FOTO
4-10-2016, 21:38
İraqdan Türkiyə ilə bağlı skandal qərar