Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Yalvardım ki, məni öldürmə" - Əmisi arvadını torpaq üstündə döydü - VİDEO
Tarix: 16-03-2017 | Saat: 15:23
Bölmə:Karusel / Hadisə / Xəbəraz TV | çapa göndər

"Yalvardım ki, məni öldürmə" - Əmisi arvadını torpaq üstündə döydü - VİDEO


Şəmkirdə döyülmə faktı qeydə alınıb.

"Xəbəraz.az " ARB TV-yə istinadən xəbər verir ki, hadisə rayonun Könüllü kəndində baş verib.

Həm qonşusu, həm də qaynının oğlu olan şəxs tərəfindən döyülən kənd sakini, 49 yaşlı Minarə Namazova Şəmkir Rayon Mərkəzi Xəstəxanasının travmatalogiya şöbəsinə aparılıb. Yaralıya tibbi yardım göstərildikdən sonra palataya yerləşdirilib.

Məlumata görə, Minarə Namazova ilə qaynının oğlu, 28 yaşlı Anar Namazov arasında torpaq sahəsi ilə bağlı mübahisə yaranıb. Bunun nəticəsində sərxoş olan Anar qadına zor tətbiq edib.

Minarə Namazova - zərərçəkən: "Yalvardım ona ki, məni öldürmə. Dedi səni öldürərəm qanını batıraram. Bizim torpaq payına yiyəlik etmək istəyirdi".

Xoşəqədəm Məmmədova - qohumu: "Yoldaşı traktor dalınnan gedib, bu da gedib ki, səpməyə yoldaşına kömək eləsin. Deyr gedəndə gördüm Anar yerimizi əkir. Deyib ki, oğul, bu bizim yerdi əkmə. Deyir araq içmişdi məni döydü".

Nurlan Qurbanov - həkim: "Döyülmə nəticəsində xəsarət alıb. Diaqnozu qapalı kəllə beyin travması, beyin sirkələnməsi, bədənin müxtəlif nahiyyələrinin əzniyi. Xəstənin baş beyin nahiyyəsi ultra səs müayinəsindən keçdi, rentgen olundu. Vəziyyəti orta ağırdı, müalicələri davam edir".

Faktla bağlı araşdırma aparılır.



Xəbəri paylaş

8118 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___