Pensiya alanlara XOŞ XƏBƏR
Tarix: 16-03-2017 | Saat: 12:44
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər
Novruz bayramı ərəfəsində mart ayı üzrə pensiyaların maliyyələşdirilməsi artıq başa çatdırılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, bayram nəzərə alınmaqla Dövlət Sosial Müdafiə Fondu tərəfindən pensiyaların maliyyələşdirilməsinin bayrama qədər tam yekunlaşdırılması təmin olunub.
Dövlət Sosial Müdafiə Fonduna daxilolmaların artım səviyyəsinin getdikcə yüksəlməsi, eyni zamanda Maliyyə Nazirliyinin dəstəyi bütün ölkə üzrə pensiyaların maliyyələşdirilməsini belə tez həyata keçirməyə imkan yaradıb. Əmək pensiyalarının maliyyələşdirilməsi üçün tələb olunan vəsait fondun mərkəzi xəzinə hesabından müəyyən olunmuş qrafikdən əvvəl yerli orqanların hesablarına köçürülüb. Pensiyaların maliyyələşdirilməsi üçün mart ayı üzrə 272,9 milyon manat vəsaitin tam köçürülməsi təmin edilib.
Cari ilin yanvar-fevral aylarında fondun gəlirləri 2016-ci ilin müvafiq dövrünə nisbətən 15,7 faiz artaraq 561,5 mln. manata yüksəlib. Həmçinin məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,6 faiz artaraq 274,5 mln. manata çatıb. Müsbət məqamlardan biri kimi, qeyri-büdcə sektorundan daxilolmaların 180,3 mln. manat təşkil etməsi və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 10,4 faiz artması qeyd edilməlidir.
"Artım dinamikasının 2017-ci ilin növbəti aylarında da əmək pensiyalarının maliyyələşdirilməsinin hər ay vaxtında həyata keçirməyə imkan verəcəyini söyləmək olar".
2017-ci il 1 yanvar tarixinə olan məlumata əsasən, Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 milyon 315 min 229 nəfər təşkil edir. Əmək pensiyalarının orta aylıq məbləği 2016-cı ilin əvvəlinə nisbətən 8,2 faiz artaraq 192,19 manata, o cümlədən yaşa görə əmək pensiyalarının orta aylıq məbləği 213,81 manata çatıb.
Xəbəri paylaş
1 0598 dəfə oxunub.
Digər xəbərlər

22-04-2017, 13:39
Üzümüzdəki xalların mənası - FOTO
14-01-2023, 13:27
“Burada pendir, kolbasa satırdıq” - Ərdoğanın uşaqlıq xatirəsi...
19-08-2015, 15:17
İŞİD uşağın boynunu vurdu – (Fotolar) +18
17-05-2016, 22:09
Rusiya Qarabağın tezliklə həllində maraqlıdır - Kedmi
14-05-2019, 10:51
Bu gün “Avroviziya-2019”un ilk YARIMFİNALIDIR
10-06-2019, 13:59
“Qaloş piri”ndəki görüntülərlə bağlı açıqlama: Seyidin papağıdır
25-02-2016, 15:43
Xalq artisti İlhamə Quliyeva sabah II Fəxri xiyabanda dəfn olunacaq
29-03-2015, 19:24
Xalq artisiti Şəfiqə Məmmədovaya fəxri diplom verildi
1-06-2016, 13:38
Emin əkizləri ilə belə dincəlir - fotolar Emin əkizləri ilə belə dincəlir - fotolar
27-02-2022, 11:44
Bakıda 34 yaşlı kişi sevgilisini gecəyarısı küçədə döydü - Təfərrüat