Bakı metropoliteni tuneldəki tüstülənmənin səbəbini açıqlayıb
Tarix: 15-03-2017 | Saat: 22:33
Bölmə:Karusel / Gündəm / Hadisə | çapa göndər
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti martın 15-i axşam saatlarında metro tunelində baş vermiş tüstülənmənin səbəbini açıqlayıb.
Qurumun mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev APA-ya bildirib ki, təxminən saat 20 radələrində metronun “28 May” və “Gənclik” stansiyaları arasındakı tuneldə tüstülənmə müşahidə edilib: “Həm sərnişinlərin stansiyaya daxil olmasında, həm də qatarların hərəkətində qısamüddətli fasilə yaranıb. Əməkdaşlarımız hadisənin səbəbini aydınlaşdırmaq üçün tunelə düşdülər. Aydın oldu ki, tuneldəki naqillərdə qısaqapanma nəticəsində qızma olub və onların izolyasiya hissəsi əriyib. Bu səbəbdən tüstülənmə yaranıb. Tüstü həm “Gənclik”, həm də “28 May” stansiyasında müşahidə edilib”.
Nəsimi Paşayev əlavə edib ki, hadisə barədə Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarına və təcili tibbi yardım xidmətinə məlumat verilib. O, deyib ki, sərnişinlərin sağlamlığı üçün heş bir təhlükə yaranmayıb, yalnız bir neçə nəfər tüstü nəticəsində özünü pis hiss edib və onlara hadisə yerində ilkin tibbi yardım göstərilib.
Metropoliten rəsmisi deyib ki, hazırda metro normal rejimdə çalışır.
Xəbəri paylaş
7608 dəfə oxunub.
Digər xəbərlər

18-02-2017, 10:55
Qərargah: "Tapılan meyidin itkin düşən neftçilərə aid olub-olmaması müəyyənləşdirilir"
23-03-2015, 22:08
Hindistanda donuz qripindən ölənlərin sayı 1,9 min nəfəri ötüb -Dəhşət
4-07-2015, 20:49
35 yaşlı kişi bıçaqlanıb
16-07-2015, 14:19
Bakıda polis polkovniki qəzaya düşdü
16-03-2021, 10:10
Həbs edilən Azərbaycanlı generalın qardaşı GÖRÜN KİM İMİŞ
29-10-2016, 20:39
Aqil Acalov :"93 il əvvəl, məhz bu gün bütün imkansızlıqlara baxmayaraq, türklər tarix yazdı"
25-11-2016, 23:12
İŞİD-çi olan 2 azərbaycanlı həbs olunub
29-08-2022, 11:55
Günortalar 30 dəqiqə YATIN: NƏTİCƏSİ İNANILMAZDIR
20-06-2015, 10:30
Bokçumuz erməni rəqiblə qarşılaşacaq
16-03-2022, 09:43
Ermənistana casusluq edən şəxs ifşa edildi - DTX-dan ƏMƏLİYYAT