Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Həkimə gələn ana və qızı bir evdə öldü - XIRDALANDAKI FACİƏDƏN MÜDHİŞ DETAL
Tarix: 15-03-2017 | Saat: 16:43
Bölmə:Karusel / Gündəm / Hadisə | çapa göndər

Həkimə gələn ana və qızı bir evdə öldü - XIRDALANDAKI FACİƏDƏN MÜDHİŞ DETAL



Bu gün Xırdalanda baş verən faciəvi hadisədə həyatını itirən şəxslərdən 4-ü qohum olub.

"Xəbəraz.az "lent.az-a istinadən xəbər verir ki, yatdıqları yerdə dəm qazının qurbanı olan həmin şəxslər Balakən rayon sakini, 1974-cü il təvəllüdlü Nübar Fazil qızı Musayeva və onun qızı, 1993-cü il təvəllüdlü Musayeva Aytən Elçin qızı, həmçinin, onların qohumları, 2000-ci il təvəllüdlü Xanlayeva Turanə Vahid qızı, 1999-cu il təvəllüdlü Xanlayeva Lamiyə Vahid qızıdır.

Bildirilir ki, Turanə Xanlayeva Xırdalanda kollecdə təhsil alırmış. Onun qohumu Nübar Musayeva isə Balakəndə yaşayırmış. O, ötən gün qızı Aytən Musayevanı Bakıya xəstəxanaya gətiribmiş. Xəstəxanadan qayıtdıqdan sonra isə Xırdalanda qohumunun yaşadığı evdə gecələmək istəyib və o gecə ana-balanın son gecəsi olub.

Əldə etdiyimiz məlumata görə, ölən qızı ilə birlikdə dünyasını dəyişən N.Musayevanın oğlu hazırda hərbi xidmətdədir.

Turanə və Lamiyə Xanlayevalar isə dünyasını dəyişən ana-balanın yaxın qohumu olub.


Xəbəri paylaş

9318 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___