Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
I sinfə qəbul asanlaşdı - ƏSAS YENİLİKLƏR
Tarix: 14-03-2017 | Saat: 11:42
Bölmə:Karusel / Gündəm / Təhsil | çapa göndər

I sinfə qəbul asanlaşdı - ƏSAS YENİLİKLƏR


Bu ildən valideynlər mektebeqebul.edu.az saytında qeydiyyatdan keçərək “Şəxsi Kabinet” yaradacaq və istədiyi məktəbi və müəllimi seçə biləcək. "Xəbəraz.az "-ın məlumatına görə, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnformasiya təminatı sektorunun müdiri İlhamə Abdullayeva bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, valideyn məktəbi seçdikdən sonra müvafiq sənədləri həmin məktəbə təqdim etməklə istəyini bildirir: “Burda valideynlərin işlərini asanlaşdıran digər amil də odur ki, valideyn məktəbə sənədləri gətirəndə uşağını da özü ilə aparmayacaq. Yəni qəbul zamanı müsahibə olmayacaq və uşaq məktəbə müsabiqədənkənar qəbul olunacaq. Valideyn məktəbə müvafiq sənədləri ( özünün və uşağın şəxsiyyət vəsiqəsinin əslini, doldurduğu elektron ərizənin formasını, uşağın sağlamlıq haqqında arayışı, uşağın məktəbəhazırlıq qrupunda oxuması ilə bağlı arayışı) təqdim etdikdən sonra məktəb tərəfindən ona qəbz verilir və o qəbz valideyndə varsa, demək ki, uşağı məktəbə qəbul olunub”.

Sektor müdirinin sözlərinə görə, I sinfə şagird qəbulu ilə bağlı digər yenilik Təhsil Nazirliyinin tabeliyində olan lisey-gimnaziyalar və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 287 nömrəli “Zəkalar” liseyi, eləcə də 160 nömrəli Klassik Gimnaziya ilə eyni ünvanda yaşayan uşaqların I sinfə qəbulunun müsabiqədənkənar keçirilməsidir: “Valideyn qəbul üçün martın 15-dən başlayaraq elektron sorğu yerləşdirmək hüququna malikdir. Valideyn elektron qeydiyyatdan keçəcək və yalnız sənədləri məktəbə təqdim edəcək. Əgər uşaq həmin mikroərazidə (həmin məktəblə eyni ərazidə) yaşamırsa, valideyn elektron sənəd qəbulunda “Şəxsi kabinet” yaratdıqdan sonra müsabiqəyə yazılır. Bu uşaqlar iyun ayında keçiriləcək müsabiqədə iştirak edəcək. Avropa liseyi, “Bülbül” adına orta ixtisas məktəbi, Bakı İncəsənət gimnaziyasına qəbul isə mikroərazidə yaşamasından asılı olmayaraq hər bir uşaq üçün müsahibə əsasında aparılacaq”.

İ. Abdullayeva əlavə edib ki, uşağın yaşı 8-i ötübsə, həmin uşağın valideyni mektebeqebul.edu.az saytına daxil olaraq qeydiyyatdan keçməli və həftənin 1-ci və 4-cü günləri həm özünün, həm də uşağının şəxsiyyət vəsiqəsi ilə BŞTİ-ə yaxınlaşmalıdır: “Valideynlər uşaqlarını da özləri ilə gətirməlidir. Yaşı 8-dən yuxarı olan uşaqlar fərdi təhsilə cəlb olunacaqlar”.

Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün də elektron sistemin mümkünlüyünü qeyd edən İ.Abdullayeva deyib ki, valideynlər uşağının evdə təhsil alması üçün Nəsimi rayonunda yerləşən 368 nömrəli məktəbdə 3-cü və 5-ci günlər fəaliyyət göstərəcək Komissiyaya müraciət edə bilər. Həmin uşaqlar üçün iyun-iyul aylarında müsabiqə keçiriləcək. Bundan başqa, 6 yaşı 16 sentyabr - 31 dekabr tarixlərində tamam olan uşaq məktəbəqədər hazırlıq kursunda təhsil alıbsa, dövlət ümumtəhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunacaq.


Xəbəri paylaş

8878 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___