Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ayılan “tülkülər”, narahat “şəhərlilər", qisas axtaran “əjdahalar”...
Tarix: 13-03-2017 | Saat: 18:23
Bölmə:Karusel / İdman | çapa göndər

Ayılan “tülkülər”, narahat “şəhərlilər", qisas axtaran “əjdahalar”...

Bu həftə Çempionlar Liqasında (ÇL) 1/8 final mərhələsinə son qoyulacaq. "Xəbəraz.az "Apasport.az saytına istinadən məlumatına görə, sabah və martın 15-də keçiriləcək oyunlardan sonra 1/4 finala adlayacaq daha 4 komandanın adı bəlli olacaq.

İlk görüşdə səfərdə “Porto”nu məğlub etmiş “Yuventus” növbəti mərhələnin qapısını aralayıb. Turin təmsilçisi cavab matçında minimal hesabla, yəni 1 top fərqilə uduzsa belə, ÇL-də mübarizəni davam etdirəcək. “Yuventus” ötən həftə A seriyasında “Milan”a qalib gələrək, iddiasını növbəti dəfə ortaya qoyub. “Porto” da keçən həftə çempionatda qələbə qazanıb. “Aruka”nın qonağı olan “əjdahalar” 4:0 hesablı qalibiyyətə seviniblər. “Porto” “Yuventus”a məğlubiyyətdən sonra keçirdiyi hər 3 görüşdə rəqiblərini üstələyib. 3 oyunda 12 qol vuran komanda qapısından isə top buraxmayıb. Bununla belə, portuqaliyalıların Turində “Yuventus”dan revanş alacaqları inandırıcı görünmür. “Qoca sinyora” həm iddiasına, həm də heyətinə görə rəqibini üstələyir.

Bu oyunla müqayisədə günün digər qarşılaşması daha gərgin mübarizə vəd edir. İngiltərə çempionu “Lester” İspaniyada məğlub olduğu “Sevilya”nı büdrətməyə çalışacaq. Klaudio Ranyerinin istefaya göndərilməsindən sonra keçirdiyi hər 2 oyunda qələbə qazanan “tülkülər” psixoloji baxımdan özlərinə gəliblər. Baş məşqçi postuna keçən Kreyq Şekspir uğurlu oyunlar seriyasını bu matçda da davam etdirmək arzusundadı. “Lester”ə növbəti mərhələyə adlamaq üçün 1 cavabsız qol da bəs edəcək. Üstəlik, “Sevilya” son oyunlarda özünə bənzəmir. Xorxe Sampaolinin yetirmələri La Liqada “Alaves”in ardınca “Leqanes”lə də heç-heçə ediblər.

Martın 15-də isə “Atletiko” “Bayer”lə, “Monako” da “Mançester Siti” ilə qarşılaşacaq.

Səfərdə “Bayer”i 4:2 hesabı ilə üstələyən “Atletiko” mərhələ adlamaq vəzifəsinin öhdəsindən böyük ölçüdə gəlib. Təsadüfi deyil ki, Madrid klubu öz meydanında 0:2 hesabı ilə uduzsa belə, ÇL-də mübarizəni davam etdirəcək. “Atletiko” ötən həftəsonu “Qranada”nı tək qolla üstələyib. “Bayer” isə yeni baş məşqçi Tayfun Korkutun rəhbərliyi altında keçirdiyi ilk görüşdə “Verder”lə heç-heçə (1:1) edib.

Günün digər qarşılaşması olan “Monako” – “Mançester Siti” matçına maraq daha böyükdü. Mançesterdəki oyunda 8 qolun vurulması hər iki komandanın hücum futbolunun tərəfdarı olduğunu təsdiqləyir. İlk matçda qeydə alınan hesab “şəhərlilər”in daha şanslı olduğunu göstərsə də, səfərdə vurduğu 3 qol “Monako”nun da ümidlərini artırır. Belə ki, Knyazlıq klubu öz meydanında 2 cavabsız qol vuracağı təqdirdə, adını növbəti mərhələyə yazdıracaq. “Monako”nun cari mövsümdə qol vurmaq baxımından problem yaşamadığını nəzərə alsaq, “Mançester Siti”nin çalışdırıcısı Pep Qvardiolanın narahatlığını başa düşmək olar. İspan məşqçi xoşagəlməz gedişatla üzləşməmək üçün komandasından Fransada da qollar vurmağı tələb edəcək.

UEFA Çempionlar Liqası
1/8 final mərhələsinin cavab oyunları
14 mart

23:45. “Yuventus” (İtaliya) – “Porto” (Portuqaliya)
Baş hakim: Ovidiu Hateqan (Rumıniya)
İlk oyun – 2:0

23:45. “Lester” (İngiltərə) – “Sevilya” (İspaniya)
Baş hakim: Daniele Orsato (İtaliya)
İlk oyun – 1:2

15 mart

23:45. “Atletiko” (İspaniya) – “Bayer” (Almaniya)
İlk oyun - 4:2

23:45. “Monako” (Fransa) – “Mançester Siti” (İngiltərə)
İlk oyun – 3:5


Xəbəri paylaş

7658 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___