Nişanlısını öldürən Nəcəf bir həftə harada gizləndi? - TƏFƏRRÜAT-FOTO
Tarix: 13-03-2017 | Saat: 13:27
Bölmə:Karusel / Hadisə / Foto-fakt | çapa göndər
Martın 4-də Bakının Binə qəsəbəsində nişanlısını qətlə yetirdikdən sonra qaçan 31 yaşlı Nəcəf Məcidov hadisədən bir həftə sonra yaxalandı. "Xəbəraz.az " xəbər verir ki, hüquq-mühafizə orqanları 26 yaşlı nişanlısı İlahə Ağayevanı bıçaqlayaraq öldürən, onun bacısı Rəhiməyə də xəsarət yetirən Nəcəfi müxtəlif yerlərdə axtarsa da, onu elə Binə qəsəbəsində yaxalaya bilib. Məlum olub ki, Nəcəf Məcidov məlum qətli törədəndən sonra tutulmamaq üçün evə getməyib. O, telefonunu söndürüb. Bu müddətdə Binə qəsəbəsində yaşayış olmayan yarımçıq tikililərdə və dükanlarda qalıb.
Bildirilir ki, N.Məcidov daxil olmuş əməliyyat məlumatı əsasında yeri müəyyən edilərək saxlanılıb.
Qeyd edək ki, N.Məcidov əvvəllər də məhkumluq həyatı yaşayıb.
Məlum qətlə gəlincə, Binə qəsəbəsində yaşayan 1991-ci il təvəllüdlü Ağayeva İlahə Dəyanət qızı nişanlısı Nəcəf Məcidova üzüyü geri qaytarmağı barədə xəbər göndərib. Səbəb oğlanın tüfeyli həyat keçirməsi olub. Bundan sonra N.Məcidov tələb edib ki, keçmiş nişanlısı onunla görüşsün. Qız bunu qəbul etmədikdə, Nəcəf gecə saatlarında onun evinə gedərək boğaz nahiyəsinə bıçaqla bir neçə zərbə vurub. Hadisənin qarşısını almaq istəyən İ.Ağayevanın bacısı 1997-ci il təvəllüdlü Rəhimə Ağayeva isə bədən nahiyəsindən iki bıçaq zərbəsi alıb. Nəticədə İ.Ağayeva hadisə yerində ölüb. R.Ağayeva isə xəstəxanaya yerləşdirilib.
Xəbəri paylaş
8438 dəfə oxunub.
Digər xəbərlər

27-02-2016, 12:55
Davudoğlu: Can Azərbaycan...
18-03-2017, 09:55
Azərbaycanlı teleaparıcının evində toy olacaq
13-12-2017, 17:25
İlham Əliyev: “ABŞ Qüdslə bağlı qərarına yenidən baxmalıdır”
13-05-2016, 18:39
Rusiya: “OPEK artıq dünyaya təsir etmir”
3-10-2018, 11:30
Azərbaycanın məşhur MMA döyüşçüsündən möhtəşəm qələbə
17-12-2021, 09:15
“Siz ki, lütsünüz” - açıq-saçıq gəlinlik qalmaqal yaratdı - FOTO
19-06-2019, 16:42
İntihar edən polisin fotosu yayıldı- Foto
27-10-2015, 13:55
“Microsoft” Nyu-Yorkda mağaza açdı
18-09-2020, 17:18
Tofiq Yaqublunun məhkəməsi ilə bağlı rəsmi açıqlama