Toy günü qohumunu öldürdü - Dəhşətli qətlin TƏFƏRRÜATI
Tarix: 12-03-2017 | Saat: 18:55
Bölmə:Karusel / Hadisə | çapa göndər
Martın 12-nə keçən gecə Goranboy rayonunun Qaraçinar kəndində baş vermiş qətl hadisəsinin təfərrüatları məlum olub.
Kəlbəcər rayonundan məcburi köçkün olan 46 yaşlı Natiq Qafarov həmkəndlisi, 51 yaşlı Mübariz Məmmədovu öldürərkən hər iki şəxs sərxoş vəziyyətdə olub.
Bildirilir ki, Kəlbəcər rayonunda qonşuluqda yaşayan şəxslər məcburi köçkün həyatı zamanı da qonşuluqda yaşamalı olublar və onlar uzaq qohum olublar. Dünən gecə saat 23:30 radələrində M.Məmmədov qonşusunun evinə gəlib. Bu zaman onlar arasında münaqişə yaranıb. Münaqişə vaxtı N.Qafarov sobanın üzərindəki kərpiclə evinə gələn şəxsin başına zərbələr endirərək onu öldürüb.
M.Məmmədovun qonşusunun evinə niyə gəlməsi, onlar arasında münaqişənin hansı səbəbdən baş verməsi araşdırılır.
Bu arada o da məlum olub ki, hadisə vaxtı N.Qafarovun ailə üzvləri Göygöldə olub. Bu gün onun nəvəsinin kiçik toy məclisi olacaqmış və həyat yoldaşı bir neçə gün əvvəldən qızının Göygöldəki evinə gedib. N.Qafarov da bu gün ora getməli imiş.
N.Qafarov hadisədən sonra könüllü olaraq polisə təslim olub.
Xəbəri paylaş
7638 dəfə oxunub.
Digər xəbərlər

6-08-2020, 00:32
Qarabağ” "Keşlə"yə böyük hesabla qalib gəldi
1-10-2021, 09:07
Sumqayıt Tibb Kollecinin direktoru Rəfael Eyvazovun “çoxşaxəli biznesi”- DİREKTOR KOLLECDƏN YÜZ MİNLƏR QAZANIR...
1-10-2021, 09:44
Xanlar Vəliyev: "İtkin düşmüş 7 hərbçinin axtarışları intensiv şəkildə davam etdirilir"
12-07-2017, 18:13
Qadın olmanın 23 üstün cəhəti
6-09-2017, 16:22
Bakıda məşhur mağaza ilə müştəri arasında qalmaqal – FOTO
26-03-2016, 22:41
ABŞ-bizə bir santı yaxınlaşarsa onları belə vuracaq - Video
4-09-2015, 13:17
Deputat: Azərbaycanla Gürcüstanın heç bir problemi yoxdur
15-01-2016, 20:29
20 il əvvəl batan şəxslərin meyidi tapıldı
8-12-2019, 02:11
Otaq yoldaşlarının başını kəsib, polisə təslim oldu
19-08-2015, 15:02
Azərbaycanda Temperatur 5-8 dərəcə aşağı enəcək.