Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Öykü Serter "Bank müdiri qədər pul qazanıram"
Tarix: 12-03-2017 | Saat: 15:43
Bölmə:Karusel / Şou-Biznes | çapa göndər

Öykü Serter "Bank müdiri qədər pul qazanıram"

Türkiyəli aparıcı Öykü Serter qazandığı məbləği açıqlayıb.

"Xəbəraz.az "ın xarici KİV-ə istinadən məlumatına görə, "İşte benim stilim" verilişinin sevilən aparıcısı ailəsindən söz açıb.

O bildirib ki, sadə bir ailədə dünyaya gəlib:

"Kollecdə, universitetdə, magistraturada oxumuşam. İndi doktoranturada oxuyuram. Los-Ancelesdə aktrisalıq dərsləri almışam. Təhsil almağı sevirəm. Çoxlu məlumatlar oxuyuram. Məşhurluğu heç sevmirəm. Çox pul qazanmamışam. Gəlirim hansısa bankın müdirinin qazancı qədərdir. Pul arxasınca qaçan deyiləm. Bir ara işsiz qaldım, pulum yox idi. Amma bunu çıxıb hardasa reklam etmədim".

Öykü formada qalmağının sirrini açıqlayıb:

"Bağırsaq iltihabı xəstəliyindən əziyyət çəkirəm. Hər şeyi yeyə bilmirəm. Dietoloqların hazırladığı bir yemək siyahım var. Tərəvəz və dəniz məhsullarından ibarət yeməkləri yemək kimi bir məcburiyyətim var. Şokolad və şəkər sevmirəm, çox çay içənəm. Buna görə də çox arığam".


Xəbəri paylaş

9928 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___