Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanlı müğənninin konsertində ATIŞMA
Tarix: 12-03-2017 | Saat: 15:26
Bölmə:Karusel / Hadisə | çapa göndər

Azərbaycanlı müğənninin konsertində ATIŞMA

Gecə saatlarında Rusiyanın Krasnoyarsk vilayətinin Açinsk şəhərində yerləşən "London" barında Azərbaycan əsilli müğənninin konserti zamanı atışma baş verib.

"Xəbəraz.az "report.az-a istinadən bildirir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin vilayət üzrə Baş İdarəsinin mətbuat xidmətinin məlumatında bildirilir.

Qeyd olunur ki, bu gün səhər şəhər xəstəxanasından polisin növbətçi hissəsinə hadisə barədə məlumat daxil olub. Səhər saatlarında xəstəxanaya döş qəfəsindən odlu silah yarası almış 28 yaşlı gənc gətirilib.

"Zapad" İnformasiya Agentliyi yazır ki, münaqişə kafenin azərbaycanlı sahibi ilə direktoru arasında qeydə alınıb. Azərbaycanlı avtomobilindən yivsiz lüləli tüfəng götürərək havaya atəş açıb. Direktor isə cavabında onu travmatik tapança ilə hədəfə alıb. Mülkiyyətçi, öz növbəsində döyüş patronu ilə doldurulmuş tüfəngini insanların toplaşdığı əraziyə tuşlayıb. Nəticədə qarşı tərəf güllə yarası alıb.

Bu gecə bara çoxlu sayda insanın toplaşmasına Azərbaycan əsilli 25 yaşlı müğənni Elbrus Canmirzəyevin çıxışı olub.


Xəbəri paylaş

7438 dəfə oxunub.

Digər xəbərlər
25-04-2016, 17:33 Qiymətlər ucuzlaşıb?

bütün xəbərlər
____ Instagram ___